Hollandiya Finlandiyanı “Leopard”larla təchiz edəcək

2018/04/324_1522579903.jpg
Oxunub: 1999     22:51     01 Aprel 2018    
Hollandiya Müdafiə Nazirliyi silahlanmadan çıxarılan “Leopard-2A6” tanklarını Finlandiyaya satacaq.

Ordu.az xəbər verir ki, bu barədə Hollandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, satılması nəzərdə tutulan 20 ədəd tank Finlandiyaya dəniz yolu ilə çatdırılacaq. Hollandiya Müdafiə Nazirliyi tankların təchizatını 2019-cu ildə tamamlamağı planlaşdırır.

Qeyd edək ki, müqavilənin ümumi qiyməti 199,9 milyon avrodur. Ümumi qiymətə ehtiyat hissələr, alətlər, həmçinin şəxsi heyətin təlimatlandırılması daxildir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hollandiya-Finlandiya   Leopard-2A6  


Bizi "telegram"da izləyin