Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Məlumata görə, ümumi qiyməti 47 milyon dollar olan müqavilə Əfqanıstan Silahlı Qüvvələrinin 8 ədəd “Scan Eagle” PUA-sı ilə təchiz olunmasını nəzərdə tutur. Bu qiymətə həmçinin logistik xidmət, texniki xidmətin təminatı, müxtəlif proqramlar çərçivəsində PUA-ların döyüş qabiliyyətinin artırılması kimi bəndlər də daxildir.
Qeyd edək ki, “Insitu” şirkəti “Boeing” konserninin PUA istehsalı üzrə ixtisaslaşan tərkib hissələrindən biridir.
Ağalar Qəribov
Ordu.az