Britaniya ordusunda atıcı silahların dəyişdirilməsinə başlanıb

2018/03/received_1147149958761284_1522517755.jpeg
Oxunub: 3078     01:32     01 Aprel 2018    
Böyük Britaniya ordusunda keçmiş atıcı silahların yeniləri ilə əvəzlənməsi üzrə işlərə başlanıb.

Ordu.az Thefirearmblog.com saytına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

İlk olaraq Qrenadyor qvardiyasının polkunun silahları L85A3 avtomatlarına dəyişdirilib.

L85A3 yeni və daha yüngül lüləyə malikdir. Həmçinin avtomat yeni qoruyucu ilə təchiz edilib. Avtomatın rəngi də kamuflyaja uyğunlaşdırılıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   L85A3  


Bizi "telegram"da izləyin