Ordu.az Rg.ru saytına istinadən xəbər verir ki, bu barədə qırıcıların istehsal edildiyi “Texmaş” konserinin baş direktor müavini Aleksandr Koçkin bəyan edib.
“Prespektivdə bu aviabombaların Su-57 qırıcılarına tətbiq edilməsi mümkündür”, - deyə Koçkin bildirib.
O qeyd edib ki, 500 kiloqram çəkiyə malik “Drel” aviabombaları düşmən obyektlərini rəqibin raketdən müdafiə sistemlərinin təsir zonaına daxil olmadan vurmağa imkan verir.
“Bu bombalar vasitəsilə onlarla kilometr məsafədə yerləşən hədəflərin, hətta ağır texnikanın məhvi asanlaşacaq. Heç bir rəqib radarı onları aşkarlamağa qadir deyil”, - deyə Koçkin vurğulayıb.
Ağalar Qəribov
Ordu.az