İraq Kürd Regional Hökuməti tərəfindən həyata keçirilən “müstəqillik referendumu” Türkiyə üçün qırılma nöqtəsi oldu. İraqın bölünməsi Türkiyə üçün heç bir səviyyədə qəbul edilən deyildi. Türkiyə hökuməti haqlı olaraq rəsmi Bağdad və Tehranla arasında olan ciddi fikir ayrılıqlarını bir kənara qoyaraq, Ərbili iqtisadi, diplomatik və digər sahələrdə tədric etdi.
Lakin hazırda Türkiyə hökuməti İraqın Kürd Regional Hökumətinə tətbiq etdiyi iqtisadi izolyasiyanı başa çatdırma istiqamətində ilk addımlarını atıb. Ankara bunun qarşılığında Ərbildən Sincar bölgəsində PKK-ya qarşı aparılan kampaniyaya dəstək gözləyir.
Martın 26-da altı aylıq fasilədən sonrta Türkiyə Hava Yolları İstanbul-Ərbil birbaşa reysini yenidən açdı. Bu Ankaranın Ərbillə yaxınlaşma istəyinin olmasına dair ən bariz nümunədir.
“Bu, Türkiyə tərəfindən atılan böyük xoş niyyət göstərişidir. O, həm də hər kəs – Ankara, Ərbil və Bağdad üçün qələbə təklif edir. Sincarda hərbi əməliyyatlarla bağlı əsas rol Bağdada aiddir. Lakin Bağdad da Ankaranın PKK-ya qarşı mübarizəyə daxil etməsindən məmnun olacaq”, - deyə İstanbuldakı Qalatasaray Universitetinin akademiki Əli Faiq Dəmir bildirib.
Ankara sərhədi xaricindəki əməliyyatlardan xoşbəxtdir
Özünün milli təhlükəsizliyinə qarşı terror təhdidini aradan qaldırmaq məqsədilə sərhədləri xaricində hərbi əməliyyatlar aparan Türkiyənin məmnunluğu və Ərbillə yaxınlaşmaya meyilli olmasını onu göstərir ki, o, özünün keçmiş müttəfiqi ilə yaxınlaşmaqda maraqlıdır.
Türkiyə hökuməti həm də Suriyadakı hərbi əməliyyatları genişləndirəcəyinə dair xəbərdarlıq da edib. Ankara İraq və Suriyada yeni bir hərbi əməliyyat başlatmasa da, ümid edir ki, Afrindən sonra artıq mərkəzi və regional hökumətlər Türkiyənin qayğıları ilə bağlı addım atılmayacağı təqdirdə, özü təkbaşına olaraq tədir görməyə qadirdir.
Ankara və Bağdad arasında əlaqələr möhkəmləndirilsə də, hələlik Bağdad öz ərazilərində hərbi əməliyyat keçirilməsi ilə bağlı Türiyəyə çağırış etməyib.
Türkiyə ordusu İraqın şimalında PKK-nın sığınacaqlarına qarşı müntəzəm hava hücumları və məhdud quru əməliyyatları barəsində məlumat yayır. O, adətən bu hücumları ABŞ-ın kəşfiyyat məlumatları əsasında həyata keçirir.
Qeyd edək ki, PKK terror təşkilatı Sincara 2015-ci ildə daxil olub. O, məqsədinin buranı İŞİD-dən azad etmək olduğunu bildirirdi. İŞİD bir öncəki ildə İraq hökumət qüvvələrini ərazidən çıxarmağa nail olmuşdu.
PKK Sincarın əsasən yezidilər yaşayan dağlıq ərazilərində qərarlaşdı. Bu, onlara İraqın şimalı və Suriyada YPG-nin nəzarətində olan ərazilər arasında asan hərəkətə imkan yaradırdı.
Bütün gözlər Sincardadır
İraq KİV-ləri bu həftənin əvvəlində PKK-nın Sincardən çəkildiyini xəbərini versə də, onların niyə və hara getdikləri bildirilmədi.
İddialara görə, İraq ordusunun da Sincarın nəzarətini yenidən ələ keçirmək məqsədilə hücum həyata keçirdiyi bildirilir. Lakin hücumun miqyası, Ankara ilə kordinasiya və koperasiyası naməlumdur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 26-da İraq ordusunun Sincardə fəaliyyət göstərməsi ilə bağlı məlumat aldığını, lakin məsələnin detallarından xəbərsiz olduğunu bildirib. O, həm də elə həmin gün İraq rəsmilərinin Türkiyə kəşfiyyat rəhbəri ilə görüşəcəyini qeyd edib.
“Bildiklərimiz sadəcə ictimai bəyanatlardandır. Ankara və Ərbil arasında hansı sahələr üzrə danışıqlar aparıldığını, Ərbilin PKK-nın Sincardan çəkilməsində rolunub olub-olmamasını bilmirik. İstənilən halda Ankara və Ərbil arasında referendum böhranından əvvəl nümunəvi əlaqələr saxlandığını unutmamaq gərəkdir. Hətta münasibətlər Bağdadla olandan daha yaxşı idi. Buna görə də əlaqələrin bərpası elə də bir problem olmaz”, - deyə Dəmir vurğulayıb.
Birlikdə daha yaxşı
Əlaqələr o qədər yaxşı idi ki, Türkiyə qoşunları hətta Peşmərgə qüvvələrinə təlimlər keçirdi. Türkiyə iş adamlarının xam İraq kürd bazarında əsas oyunçulara çevrilməsilə İraq kürdləri Türkiyəni dünya və xüsusilə qərbə çıxış baxımdan əsas keçid kimi görürdülər.
Ərbillə uzlaşma Ankaranın apardığı əməliyyatın anti-kürd xarakteri daşımadığını göstərmək üçün də vacibdir. Türkiyənin Ərbillə yaxşı münasibətlər saxlaması Türkiyənin anti-kürd agendasının, yaxud ümumilikdə kürdlərlə bir probleminin olmadığını göstərir. Bunu, sadəcə PKK terror təhdidinə qarşı bir mübarizə olaraq anlamaq lazımdır.
Ağalar Ağalarlı
Ordu.az