Rusiya “Topol” raketlərinin əvəz edilməsinə davam edir

2018/03/48476543514_1522406195.jpg
Oxunub: 3400     18:36     30 Mart 2018    
“Nijni Taqil və Novosibirsk diviziyaları an etibarilə tamamilə “Yars” raketləri ilə təchiz edilib. İrkutsk və Yoşkar-oladakı diviziyalarda raketlərin əvəzlənməsi prosesi davam edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Strateji Raket Qüvvələrinin komandiri Sergey Karakayev bildirib.

O, Boloqoye və Barnaul diviziyalarında hələlik əvəzlənmənin başladılmadığını əlavə edib. Qeyd edək ki, Rusiya ordusu bir müddətdir ki, “Topol” raketlərinin “Yars”larla əvəzlənməsini həyata keçirir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Topol   Yars  


Bizi "telegram"da izləyin