İlk “Terminator”lar Rusiya ordusuna göndərilib – VİDEO
Oxunub: 4248
00:59
29 Mart 2018
“Terminator” tank dəstəyi döyüş maşınları ilk dəfə Rusiya Silahlı Qüvvələrinə təhvil göndərilib.
Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Terminator”ları istehsal edən “Uralvaqonzavod” konserninin mətbuat xidməti məlumat yayıb.
“Nəhayət ki, “Terminator”lar qoşunlara göndərilib. Bunun üçün “Uralvaonzadod”da onları xüsusi platformalara yükləyiblər. Bütün işlər ötən il Rusiya Müdafiə Nazirliyi ilə imzalanan müqavilə çərçivəsində həyata keçirilib”, - deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, daha öncə şirkət ilk “Terminator”ların Rusiya ordusuna bu ilin mart-aprel ayında təhvil veriləcəyini bildirib.