Britaniya Hərbi Hava Qüvvələri MBDA şirkəti ilə “Brimstonu” raketlərinin təvchizatı üzrə müqavilə imzalayıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Hərbi Hava Qüvvələri komandanlığı məlumat yayıb.
Məlumata görə, yeni raketlər “Brimstone 2” raketinin bazasında yaradılacaq, lakin əvvəlki görüüşü saxlayacaq.
Hazırda “Brimstone 2” raketləri son sınaqlardan keçirilir. İlin sonunadək onların seriyalı istehsalının təmin edilməsi gözlənilir.
Britaniya Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan yeni raketlər isə 2019-cu ildə silahlanmaya daxil olacaq və 2022-ci ildə bütün köhnə “Brimstone” versiyalı raketləri əvəz edəcək.
Ağalar Qəribov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Britaniya
Brimstone