Rusiyada Artikada istifadə üçün “Podsolnux”ların yaradılması başa çatıb

2018/03/174_1522176343.jpg
Oxunub: 2688     02:51     28 Mart 2018    
Rusiyada Artika şəraitində istifadə imkanına malik “Podsolnux” radar stansiyalarının yeni modifikasiyasının yaradılması başa çatıb.

Ordu.az Topwar.ru saytına istinadən xəbər verir ki, bu barədə stansiyaların istehsalını həyata keçirən RTİ holdinqinin mətbuat xidməti məlumat yayıb.

“Arktika şəraitində istifadə üçün uyğunlaşdırılan “Podsolnux” radar stansiyasının modernləşdirilmiş versiyasının yaradılması başa çatıb”, - deyə məlumatda bildirilir.

“Podsolnux” stansiyası 200 mil sahil zonasına nəzarəti həyata keçirməyə qadirdir. Bu radar stansiyası avtomatik şəkildə eyni anda 300 dəniz və 100 hava hədəfini izləməyə, kateqoriyalar üzrə bölüşdürməyə və onlar barədə məlumatı işləyib ötürməyə qadirdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Podsolnux  


Bizi "telegram"da izləyin