İlk “Tor”lar Rusiya Şimal Donanmasına 2018-ci ildə daxil olacaq

2018/03/173_1522174675.jpg
Oxunub: 3650     02:20     28 Mart 2018    
Rusiya Şimal Donanmasının sahil qüvvələri “Tor-M2DT” ilk arktik zenit raket kompleksləri ilə 2018-ci ildə təchiz ediləcək.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu komplekslər hətta -70 dərəcə selsidə istənilən növ aviasiya qurğularını zərərsizləşdirə bilməyə qadirdir.

Qurğular DT-30PM maşınlarının şassisi üzərində quraşdırılıb. Geniş tırtıllar sayəsində torpağa bir insanın göstərdiyindən daha az təzyiq göstərilir. Maşın həm bataqlıq, həm də qarda irəliləməyə, hətta üzməyə qadirdir.

“Tor-M2DT” ZRK-sı 16 ədəd idarəolunan zenit raketindən ibarət silahlanmaya malikdir. Bu ZRK-lar 10 kilometr məsafədə yerləşən müxtəlif tipli 4 hədəfi məhv etməyə qadirdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-ordusu   Tor  


Bizi "telegram"da izləyin