Ukrayna ordusu “Oplot” tankları ilə təchiz ediləcək

2018/03/Oplot_strelyaet435_1522141905.jpg
Oxunub: 3915     17:36     27 Mart 2018    
“Ukraynanın dövlət konserni olan “Ukroboronprom” Taylandla müqaviləni icra etdikdən sonra Ukrayna ordusunun “Oplot” tankları ilə təchizatına başlayacaq”.

Ordu.az Golos.ua saytına istinadən xəbər verir ki, bu barədə konsernin rəhbəri Pavel Bukin bəyan edib.

Bukin qeyd edib ki, “Oplot”lar bütün sınaqlardan uğurla keçib və Taylandın bu tanklara böyük maraq göstərməsi də məhz bununla əlaqədardır.

“Taylandla kontrakın yerinə yetirilməsi yeni gəlirlər əldə etməyə və konserinin işinin sürətlənməsinə səbəb oldu. Bu yaxınlarda “Oplot” tanklarının Ukrayna ordusuna təchizatı başlanacaq”, - deyə Bukin bildirib.

O bildirib ki, əgər büdcə vəsaitləri imkan versə, “Oplot” yeni texnologiyalar və ən müasir silahlarla təchiz ediləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukroboronprom   Oplot   Tank  


Bizi "telegram"da izləyin