JNLWD: Lazerdən istifadə edən hərbi prototip insan səsi çıxarır (VİDEO)
Oxunub: 2384
01:18
27 Mart 2018
ABŞ ordusunun Ortaq Qeyri-ölümcül Silahlar Proqramı (JNLWD) hava və səsi manipulyasiya etmək üçün nano lazerlərlərdən istifadə edən prototipi təcrübədən keçirir.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, proqram üzvləri bu prototipin insan nitqini yamsılaya biləcəyini düşünür.
Tədqiqatçılar prototipin insan nitqini əmələ gətirməkdən sadəcə 3-4 kilohertz uzaq olduğunu bildirib. Onlar bu silahların ölümcül olmadığını, sadəcə düşməni hücumdan çəkindirmək məqsədli olduğunu vurğulayıblar.