“Ratnik” yüksək intellektli hermetik dəbilqə ilə təchiz ediləcək

2018/03/dsc09489345345_1522048617.jpg
Oxunub: 3674     23:30     26 Mart 2018    
“Rusiya istehsalı olan “Ratnik” döyüş ekipirovkasının müdafiə dəbilqəsi hermetik olacaq və inteqrasiya edilmiş rabitə sisteminə malik olacaq”.

Ordu.az Vestni-rm.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Quru Qoşunlarının polkovniki Aleksandr Romanyut bəyan edib.

Polkovnikin sözlərinə görə, “Ratnik” artıq 2025-ci ildə orduya təhvil veriləcək.

“Əlavə ediləcək rabitə sistemi hərbçilərimizə zəruri məlumatların mübadiləsini həyata keçirmək və real zaman rejimində döyüş taşırıqlarını icra etmək imkan verəcək”, - deyə Romanyut bildirib.

O əlavə edib ki, “Ratnik”in orduya 2025-ci ildə verilməsi planlaşdırılsa da, bu, 2022-ci ildə də baş verə bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ratnik   Hermetik-dəbilqə  


Bizi "telegram"da izləyin