“Steambow GmbH” şirkəti “Bulldog 400” arbaletini təqdim edib - VİDEO

2018/03/Steambow_Bulldog_400_1456_1522048171.jpg
Oxunub: 3912     00:07     27 Mart 2018    
Almaniyanın “Steambow GmbH” şirkəti “Bulldog 400” adlı yığılan döyüş arbaletini təqdim edib.

Ordu.az “Telegraf” nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, arbaletdə yayın pnevmatik çəkilməsi sistemindən istifadə edilir. Cəmi bir düymə ilə oxu atış üçün hazır vəziyyətə gətirmək mümkündür.

İstehsalçıların sözlərinə görə, arbaletin mexanizmi çox aşağı səslə işləyir, onun istifadəsi asan və etibarlıdır. Arbeletdən istənilən şəraitdə istifadə etmək mümkündür.

Əlavə edək ki, “Bolldog 400” yüksək keyfiyyətli aliminiumdan hazırlanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bulldog-400   Steambow-GmbH  


Bizi "telegram"da izləyin