Ordu.az xəbər verir ki, bu barədə Bmpd.livejournal.com portalı məlumat yayıb.
Yeni yaradılan PUA uzunmüddətli uçuş vaxtına sahibdir. Onun uçuş vaxtının ən azı 24 saat davam edəcəyi gözlənilir. Yeni pilotsuz uçuş aparatının yüksələ biləcəyi ən böyük hündürlük 8000 metrdir.
“Orion”un uçuş anındakı çəkisi 1200 kiloqram təşkil edir. O, 300 kiloqram faydalı yük daşımağa qadirdir.
Qeyd edək ki, ilk “Orion” PUA-sının sınaqları 2016-cı ili yaz aylarında başlanıb.
Ağalar Qəribov
Ordu.az