ABŞ-da yeni akustik lazer topu hazırlanıb

2018/03/1521847546_pushka325_1521884785.jpg
Oxunub: 1897     19:01     24 Mart 2018    
Pentaqonun elmi əməkdaşları yeni akustik silah prototipi hazırlayıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, yeni silah vasitəsilə çox yüksək səslərin yaradılması və birləşdirilməsi mümkündür. Layihənin reallaşdırılması Ölümcül Təsirə Malik Olmayan Silah İdarəsi tərəfindən həyata keçirilib.

Bu silah insan ölümünə səbəb olmasa da, onların müvəqqəti sıradan çıxarılmasına səbəb olur. ABŞ hərbçiləri belə silahlarla 1990-cı illərdən məşğul olur və onlar LRAD adlandırılır.

Yeni prototip köhnə versiyalardan asılı olaraq 2-3 kilohers tezlikli səs yaratmaqla daha effektiv xüsusiyyətlərə malikdir. O, istənilən təbiət şəraiti və ərazidə səslər yaratmağa qadirdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Akustik-lazer-topu  


Bizi "telegram"da izləyin