“Polaris” yeni “DAGOR A1”i təqdim edib

2018/03/image001-34_1521881914.jpg
Oxunub: 2616     17:19     24 Mart 2018    
ABŞ-ın “Polaris” şirkətinin müdafiə bölməsi tərəfindən “DAGOR A1” yüngül taktiki maşınının yeni versiyası təqdim edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Polaris” şirkəti məlumat yayıb.

“Dagor A1”in xüsusi təyinatlı qüvvələrin bir neçə bölməsi tərəfindən istifadə edilən əsas versiyasından fərqli olaraq, yeni versiyası daha yüksək xüsusiyyətlər, daha yüksək mobillik və operator funksionallığına malikdir.

Maşının yeni xüsusiyyətlərindən biri də yanacaq və su ilə dolu çəlləklər üçün nəzərdə tutulan yerlərin artırılmasıdır. Həmçinin yeni versiyada əlavə anten, yüklər üçün yeni bölmə, o cümlədən silahların yerləşdirilməsi üzrə nəzərdə tutulmuş hissə var.

Maşının ümumi çəkisi 3856 kiloqram təşkil edir və o, 9 nəfərlə birlikdə 1814 kiloqram yük daşıya bilir, bu isə köhnə versiyadan təxminən 20 faiz daha çoxdur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polaris   DAGOR-A1  


Bizi "telegram"da izləyin