ABŞ ordusu döyüş robotlarını sınaqdan keçirir

2018/03/1344914097_12f456_1521881601.jpg
Oxunub: 4546     16:50     24 Mart 2018    
“ABŞ ordusunun komandanlığı keçirilən sınaqlar nəticəsində robotların yerüstü əməliyyatlarda iştirakının ssenarisini hazırlamaq niyyətindədir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə prespektivli yerüstü texnologiyalar üzrə ekspert qrupunun rəhbəri, briqada generalı Devid Lesperans bəyan edib.

“Hazırda bir sıra döyüş robotları sınaqdan keçirilir. Yoxlanılması nəzərdə tutulan bir sıra digər döyüş robotlarının isə 2019-cu ilin sonunadək hazırlanması və artıq 2020-ci ildə sınaqdan keçirilməsi planlaşdırılır”, - deyə Lesperans bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi ekspert qrupu 3 sınaq mərhələsi əsasında döyüş robotlarının orduda necə istifadə olunacağı ilə bağlı bütün suallara aydınlıq gətirəcək və bundan sonra onların yerüstü əməliyyatlarda necə istifadə ediləcəyi müəyyənləşdiriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Döyüş-robotları  


Bizi "telegram"da izləyin