Ordu.az Fligheglobal.com saytına istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Məlumata görə, tenderdə təqdim ediləcək PUA-lar suyun dərin qatlarından dənizin üzərinə qalxa bilməli və bundan sonra ən azı bir saat havada qalmağı bacarmalıdır.
İrəli sürülən tələblərdən biri isə təqdim ediləcək PUA-ların yalnız sualtı qayıqlardan idarəetməsinin həyata keçirilməməsi ilə bağlıdır. Dronlar süni intellekt vasitəsilə özləri də muxtar şəkildə uçuş həyata keçirməlidir.
Ağalar Qəribov
Ordu.az