Ordu.az Sdelanounas.ru saytına istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Ali Ümumqoşun Komandanlığının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeni tanklardan təlim və tədris işlərindən istifadə olunması planlaşdırılır.
T-72B3M əsas döyüş tankı öz xələflərindən daha güclü mühərriki, daha effektiv “Relikt” dinamik müdafiə kompleksi, daha müasir texnologiya və silahları ilə fərqlənir.
O cümlədən tankın idarəetməsi də mexaniki formadan avtomatlaşdırılmış sistemə keçirilib. Yeni sistem vasitəsilə tank heyəti qəza və zədələr barədə proqnoz ala biləcəklər.
Ağalar Qəribov
Ordu.az