Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə təchizatı həyata keçirən Almaniyanın “Rheinmetall” şirkəti məlumat yayıb.
Məlumata görə, “Rheinmetall” və Almaniya hökuməti arasında “Marder”lərin modernləşdirilməsinə dair müqavilə 2016-cı ilin dekabrında imzalanıb. Ümumi qiyməti 35 milyon dollar civarında qiymətləndirilən müqaviləyə əsasən 44 ədəd “Spike-LR”in “Marder”lərə quraşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, hazırkı anadək yalnız 35 ədəd “Marder” “Spike-LR”lərlə təchiz olunub.
Ağalar Qəribov
Ordu.az