"BAE Systems" ABŞ ordusu ilə müqavilə bağlayıb

2018/03/original_1521705586.jpg
Oxunub: 3874     17:18     22 Mart 2018    
"BAE Systems" ABŞ ordusu ilə Təkmilləşdirilmiş Gecəgörmə Eynəklərinə (ENVG) dair müqavilə imzalayıb.

Ordu.az "Janes" ə istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri 97 milyon dollardır.

Məlumata görə, müqavilə çərçivəsində şirkət ABŞ ordusuna sözügedən sistemlərin çatdırılmasını həyata keçirəcək.

Qeyd edək ki, kompaniya bu sistemlərin istehsalına 2016-cı ildə başlayıb. Həmin vaxt o, ABŞ ordusu ilə ENVG-lərin istehsalına dair 13,5 milyon dollarlıq sifariş almışdı.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAE-Systems   ENVG  


Bizi "telegram"da izləyin