Ordu.az Novaltoday.com nəşrinə istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb.
“P-8A “Poseidon” və MQ-4C “Triton” Avstraliyanın dünyanın ən güclü hərbi dəniz qüvvələrinə sahib ölkələrdən birinə çevirir. P-8A təyyarələri AP-3C “Orion”ların çox effektiv varisləridir”, - deyə Avstraliya müdafiə naziri Mariz Peyn bəyan edib.
Avstraliya Müdafiə Nazirliyi 12 ədəd P-8A “Poseidon” sifariş verib. Hazırda onlardan 6-sı artıq Avstraliyaya təhvil verilib. Təyyarələrdən biri isə artıq dünən rəsmi şəkildə döyüş növbətçiliyinə daxil olub.
Ağalar Qəribov
Ordu.az