Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, müqavilə Qətərin paytaxtı Doha şəhərində keçirilən DIMDEX-2018 sərgisi çərçivəsində imzalanıb.
İlk müqaviləyə əsasən Qətər Xüsusi Qüvvələr Komandanlığı 4 ədəd kater əldə edəcək. Bu katerlər 12,7 millimetrlik “Aselsan STAMP” pulemyotları ilə təchiz ediləcək.
İkinci müqaviləyə əsasən daha 4 kater zərbə variantında təqdim ediləcək.
Bununla da, Qətər MRTP 24 layihəsinin ilk xarici sifarişçisi olacaq.
Ağalar Qəribov
Ordu.az