Ordu.az Lenta.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.
Məlumata görə, artıq yaxın zamanlarda “Terminator-2”lərin istehsalçısı “Uralvaqonzavod”la Rusiya Müdafiə Nazirliyi arasında müqavilə imzalanacaq.
Qeyd edək ki, “Terminator-2” 2006-cı ildə yaradılıb. 11 il sonra keçirilən “Armiya-2017” sərgisində Rusiya Müdafiə Nazirliyi bu maşınların təchizatı ilə əlaqədar danışıqlara başladı.
“Terminator-2” 30 millimetrlik avtomatik 2A42 avtomatik topu ilə silahlanıb. Onda həmçinin AQ-17D avtomatik qumbaraatanı və 7,62 millimetrlik pulemyot quraşdırlıb.
Ağalar Qəribov
Ordu.az