ZİL-4906 bazasında "Göy Quş" axtarış-evakuasiya vasitəsi - ARAŞDIRMA (FOTOLAR)

2018/03/10_15214497500.png
Oxunub: 2660     17:52     19 Mart 2018    
60-cı illərin ikinci yarısından etibarən SSRİ Hərbi Hava Qüvvələrinin axtarış-xilasetmə xidməti astronavtları endikləri avadanlıqlarla birlikdə aşkar və evakuasiya etmək üçün nəzərdə tutulan PEU-1 ərazi vasitələrindən istifadə edirdilər. Gələcək onilliyin əvvəlində, bu texnikaların yenilənməsinə ehtiyac yarandı. Bir neçə müvəffəqiyyətli eksperimental dizaynlardan sonra, I.A. Lixaçev adına zavodun "Xüsusi Konstruktor Bürosu" istehsal və istismara yararlı bir vasitə yaratdı. Bundan sonra astronavtlarla ZİL-4906 ərazi vasitələri işləməli idi.

1972-ci ildə xüsusi avadanlıqların daha da inkişaf etdirilməsi məqsədilə, sələflərdən ən ciddi fərqləri olan PEU-2 amfibiya ərazi vasitəsinin təcrübə modeli yaradıldı. Müvafiq ölçülərə malik olan vasitə, xilasedicilər qrupunu, üç kosmonavtı və endirilən aparatı daşıya bilirdi. Bu, müəyyən üstünlüklər qazandırsa da texnikanın hərəkətlilik imkanlarını azaldırdı. Anfibiya-ərazi vasitəsi mövcud hərbi nəqliyyat təyyarələri ilə nəql edilə bilmirdi. PEU-2 layihəsinin nəticələrinə əsasən sifarişçi və istehsalçı ZİL zavodu evakuasiya kompleksinin hazırkı sxemini iki ayrı maşınla təmin etməyə qərar verdi. Onlardan biri yalnız insanları, digəri isə yalnız enmə vasitəsini daşıyacaqdı.

ZIL-4906 ərazi vasitəsi enmə aparatı ilə

Tezliklə zavodun V.A.Qraşev başda olmaqla "Xüsusi Konstruktor Bürosu" ZİL-49042 markalı yeni bir eksperimental ərazi vasitəsi yaratdı və onun sadə və yüngül qyrğular üzərində qurulan transmissiyasının yeni bir versiyasını sınaqdan keçirdilər. Bu layihə uğurlu sayıldı və tətbiq olunan yenilikləri praktiki istifadə üçün nəzərdə tutulan növbəti texnika modelinin yaradılmasında istifadə etmək qərara alındı. Yeni axtarış-evakuasiya vasitəsi ZİL-4906 zavod indeksi aldı. Bu indeksin ilk rəqəmləri maşının 8 tondan 14 tona qədər ağırlığa sahib xüsusi bir texnika olduğunu bildirirdi, sondakı 6 rəqəmi "Xüsusi Konstruktor Bürosu"nun bu tip layihələrinin sıra nömrəsini bildirirdi. Əsas amfibiya modeli ilə yanaşı sərnişin tipli ZİL-49061 modeli də yaradıldı. Bu nümunələrin hər ikisi, habelə qeyri-adi tipli digər bir ərazi vasitəsi, PEK-490 axtarış-evakuasiya kompleksinə daxil edildi. Təchizata qəbul edildikdən sonra kompleks və onun avtomobilləri "Göy Quş" ləqəbini aldı.

Sınaq yüklü maşın

PEK-490 kompleksinin ərazi nəqliyyat vasitələri maksimal şəkildə uyğun dizaynlara malik olmalıdırlar. ZİL-4906 və ZIL-49061 maşınları, yalnız korpusun yük hissəsinin avadanlıqları ilə fərqlənirdi. Birinci ərazi vasitəsinin bir kran ilə, ikincisinin isə qapalı sərnişin kabinəsi ilə təmin edilməsi təklif olunurdu. Qalan hissələr-korpus, mühərrik və şassi hər iki vasitədə eyni idi.

Əvvəlki layihələrin təcrübəsinə görə, amfibiya xilasetmə vasitələri möhkəm çərçivə korpusu üzərində qurulur. Korpusun əsasını eninə və uzununa profillərdən ibarət olan yüngül qaynaqlı alüminium çərçivə təşkil edir. Çərçivə plastik şüşəli bir gövdəyə bağlanır. Kənarlarda yuxarı hissəsində böyük təkər yuvaları olan şaquli yan bort, arxa hissəsində isə dik panel ilə açılan bir döşəmə mövcuddur. Bu forma, bir cüt xarici üzmə pərlərinin quraşdırılma ehtiyacından əmələ gəlirdi.

Yan tərəfdən görünüş

ZİL-4906/49061 vasitələrinin quruluşu bəzi əvvəlki "kosmik" maşınlarının xüsusiyyətlərini təkrarlayırdı. Korpusun ön hissəsi idarəetmə bölməsi və ekipaj kabinəsi üçün nəzərdə tutulurdu. Kabin gövdəsinin dam örtüyü xarakterik plastik şüşədən ibarət örtüyə malik oldu. Arxa hissədə güc qurğusu yerləşirdi. Korpusun yarıdan çoxu, vasitənin mərkəzi və arxa tərəfi maşının məqsədinə uyğun hədəf avadanlıqların quraşdırılması üçün nəzərdə tutulurdu. Daxili həcminin əhəmiyyətli bir hissəsində transmissiya yerləşirdi.

Korpusun mühərrik bölməsində 150 at gücündə ZİL-130 benzin mühərrik yerləşdirilib. Mühərrikin yanında hava axını ilə soyudulan radiator, yanacaq çəni və digər avadanlıqlar mövcuddur. Səsboğucunun borusunu maşının damından çölə çıxarıblar. Əvvəlki bütün ZİL avtomobilləri avtomatik ötürücü ilə təchiz edilirdi, lakin bu dəfə mexaniki qurğulardan istifadə etməyə qərar verildi. Mühərrikə beş pilləli mexaniki transmissiya qoşuldu.

Sürətlər qutusundan fırlanma anı bölünmə qutusuna gəlir və diferensial qüvvəni müxtəlif tərəflərin təkərlərinə paylayır. Kardan sisteminin köməyi ilə maşının bütün altı təkərinin hamısına qüvvə ötürülürdü.

Eyni zamanda üzmə pərlərinə də qüvvə, bölünmə qutusundan ötürülürdü.

ZİL-4906-nın ekipajı enmə vasitəsini yükləməklə məşğuldur

ZİL-4906 layihəsində üçoxlu tam çəkimli və böyük diametrli təkərləri olan şassi saxlanıldı. Bu dəfə, bütün, üç asqıların təkərlərini müstəqil torsionla təmin etdilər. Ön və arxa təkərlərə hidravlik gücləndirici ilə nəzarət və idarə olunur. Manevr qabiliyyətini artırmaq üçün, arxa təkərlər ön təkərlərə nisbətən bir qədər gecikmə ilə fırlanır. Yenə də mərkəzli təzyiq tənzimləmə sistemli böyük diametrli şinlərdən istifadə edildi. Təkərlər maşın gövdəsinin içərisində yerləşən disk əyləclərinə malik idi.

Suda səyahət etmək üçün, ərazi vasitəsi korpusun altında yerləşdirilən iki ədəd pərlə təchiz olunurdu. Hər bir pərin arxasında manevr etməyə imkan verən mobil sükan çarxı yer alırdı. Bütün pərlər və çarxlar sürücünün iş yerindən idarə olunurdu.

Hər iki perspektivli maşın oxşar kabinələrə sahibdir. Ekipaj plastik şüşə örtüyü altında yerləşdirilib. Kabinə giriş damdakı bir cüt qapaq vasitəsilə təmin edilir. Yan qapılar yoxdur. Kabinenin ön və sol hissəsində bütün maşın sistemlərinə nəzarət üçün zəruri alət və qurğularla təchiz edilən sürücünün idarə etmə "postu" yerləşir.

Faydalı yükün digər bir variantı ZİL-2906 vint-rotorlu qar-bataqlıq vasitəsi

Yerə enən astronavtların axtarışını və informasiya mübadiləsini təmin etmək üçün ekipajın sərəncamında naviqasiya və rabitə vasitəsiləri də mövcuddur. Avadanlıqların kütləvi istehsalına və istismarına başlandıqdan sonra da yeni elektron avadanlıqların quraşdırılmasını təmin edən modernləşdirmə işləri aparılırdı. Nəticədə, axtarış işləri daha da asanlaşdı.

ZİL-4906 axtarış-xilasetmə vasitəsinin yük modifikasiyası bəzi təyinat avadanlıqları olan açıq platformaya malik idi. Enən aparatın yük yerində daşınması üçün müvafiq konfiqurasiyada yer nəzərdə tutulur. Zəruri hallarda ərazi vasitəsi digər obyektləri də üstünə yükləyə bilər. Məsələn, onun yardımı ilə PEK-490 kompleksinə daxil olan ZİL-2906 rotorlu qar bataqlıq vasitəsini də daşımaq planlaşdırırdı.

ZIL-49061 seriyalı ərazi vasitəsi

ZİL-4906 amfibiya vasitəsinin korpusunun önündə və arxasında sol tərəfə açılan iki qollu kranın dayaqları yerləşdirilib. Oxların, qolun, çəngəlin və digər avadanlıqların köməyi ilə ekipaj kosmik aparatı və ya digər yükü vasitəyə yükləyə bilər. Yüklənmə zamanı ərazi vasitəsini sabitləşdirmək üçün açılan yaylı domkratlardan istifadə olunur.

ZİL-49061 amfibiya ərazi vasitəsi digər avadanlıqlara da malik idi. Korpusun bütün arxa hissəsi böyük ölçülü şüşə plastik örtüklə bağlanan sərnişin salonunu təşkil edirdi. Kabinin yan tərəfində bir neçə böyük pəncərə yerləşir. Daxilə giriş ön hissədəki qapaq və ya arxa tərəfdəki qapıdan həyata keçirilirdi. Ərazi vasitəsinin yerdən yüksək hündürlüyünə görə bu qapının yanında qatlanan bir nərdivan quraşdırılırdı.

Salonun yan tərəflərində xilasedicilərin komandasını yerləşdirmək və astronavtları evakuasiya etmək üçün bir neçə açılan divan mövcuddur. Belə ki, üç sərnişin yata bilər və ya dörd nəfər otura bilərdi. Ekipajın sərəncamında müxtəlif şəraitdə fəaliyyət göstərmək üçün tibbi avadanlıq və digər alətlər dəsti var idi. Kabin və salonda rahat şərait, komfort qızdırıcı və kondisionerlərin hesabına təmin edilirdi. Su və qida ehtiyatı kosmonavtlara və xilasedicilərə bir neçə gün bazadan kənarda fəaliyyət göstərməyə imkan verirdi.

Amfibiya ZİL-49061 "Salon"un muzey nümunəsi

ZİL-4906/49061 layihələrinin inkişafı zamanı ZİL zavodunun mütəxəssisləri texnikanın boyanmasının yeni versiyasını yaratdılar. Əvvəlki axtarış və evakuasiya maşınları qar fonunda görünsün deyə qırmızı-narıncı tonlarda parlaq bir rəngə boyanırdı. İstehsalçılar yeni amfibiyaların isə müxtəlif bölgələrdə və müxtəlif lanfşaftlarda istismarını nəzərə alaraq fərqli şəkildə boyamağı qərara aldılar. Maşınları qarda, yaşıl ərazilərdə, səhralarda və s. yaxşı görünməsini təmin etmək üçün, onları parlaq göy rəngdə boyadılar. Bu rəngə görə bütün nəqliyyat vasitələrinə "Göy Quş" ləqəbi verildi.

PEK-490 kompleksinin nəqliyyat vasitələri oxşar ölçülərə və çəki göstəricilərinə sahib idilər. Hər iki maşının uzunluğu 9.25 m, eni 2.48 m, hündürlüyü 2,6 m, təkər bazası 4.8 m, təkər arası məsafə 2,4 m, yerdən korpusun hündürlüyü isə 544 mm səviyyəsində idi. Ümumi çəkisi bütün faydalı yüklə birlikdə 9.3-9.4 tonu keçmir. Amfibiya şossedə 75 km/saata qədər sürətlə hərəkət edə bilir. Suda maksimum sürət 8 km/saat ilə məhdudlaşır.

Sərnişin versiyasının daxildən görünüşü

Əvvəlki layihələrdəki bütün əsas tapıntıların istifadəsi diqqətəlayiq nəticələrə gətirib çıxardı. ZİL-4906 və ZİL-49061 maşınları ərazi nəqliyyat vasitələrinin əvvəlki təcrübələrinin bir sıra ideya və yeniliklərini özündə birləşdirərək, önündə duran bütün maneələri aradan qaldırmağa, o cümlədən üzmə qabiliyyətini əldə etməyə nail oldu. Bununla yanaşı, texniki imkanların sınanması üçün texnikanın sınaqdan keçməsi lazım idi.

Yeni modellərin ilk prototipləri 1975-ci ilin ortalarında ortaya çıxdı. "Kran" və "Salon" qeyri-rəsmi ləqəbi olan maşınlar onların köməyinə ehtiyac olan müxtəlif şərtlərdə yoxlanılmalı idi. Növbəti bir neçə il istifadəyə verilən bütün ərazi vasitələrini sınaqdan keçirməyə, dizaynın təkmilləşdirilməsinə və onların real əməliyyatda tətbiqi xüsusiyyətlərini öyrənməyə sərf edildi. Təcrübədə xüsusi xilasetmə vasitəsinin təklif olunan variantlarının, irəli sürülən və vəzifələrə tam uyğun gəldiyi təsdiq edildi. Eyni zamanda, texnologiyanın bəzi xüsusiyyətləri yaradıcıları və müştəriləri qane etmədiyinə görə bəzi istiqamətlər üzrə çalışmalar davam etdirilirdi.

Təəssüf ki, ZİL Xüsusi Konstruktor, Bürosu Qraçev olmadan ZİL-4906 amfibiyalıların layihəsini başa çatdırdı. Layihə rəhbəri 1978-ci ilin dekabrın 24-də dünyasını dəyişdi. Onun rəhbərliyi altında həyata keçirilən ən son layihə PEK-490 "Göy Quş" oldu. Lakin büronun mütəxəssisləri lider olmadan da işlərini davam etdirdilər və bütün fəaliyyətlərini başa vurdular.

ZİL-49062 ərazi vasitəsinin fərqli bir kran ilə təchiz olunan prototipi

1981-ci ildə ZİL-4906 yeni axtarış və evakuasiya kompleksi, tərkibində ərazi yük maşını ZİL-4906, sərnişin maşını ZİL-4906 və rotorlu qar bataqlıq ərazi vasitəsi ZİL-2906 olmaqla SSRİ vahid dövlət aviasiya axtarış-xilasetmə xidmətinin təchizatına qəbul edildi. Tezliklə yeni avadanlıqların kiçik seriya istehsalına başlandı.

Sovet İttifaqının sonuna qədər, təxminən 10 il ərzində Lixaçev adına "Moskva Avtomobil Zavod"u təxminən 30 ədəd "490" kompleksinin vasitələrin istehsal etdi. Sifarişçiyə 12 ədəd kran, 14 ədəd "Salon" və 5 rotorlu qar bataqlıq ərazi vasitəsi hazırlanaraq təhvil verildi. Həmin vaxt bütün bu avadanlıqlar yalnız vahid axtarış və xilasetmə xidmətinə verilirdi.

"Göy Quş" təlimləri

"Göy Quş" seriya maşınları dəfələrlə xilasetmə əməliyyatlarında iştirak etməli olub. İlk növbədə, onların əsas vəzifəsi astronavtları və onların endikləri aparatları tapmaq idi. Enmə yerini aşkar edərək, ərazi nəqliyyat vasitələri ekipajları və avadanlıqları götürə bilirdi. Təyyarələrin qəzaya uğradığları ərazilərdə aparılan axtarışlarda da PEK-490-nın istifadəsinə dair məlumatlar mövcuddur.

1983-cü ildə seriya istehsalının istismarına başlandıqdan sonra, ZİL-4906/49061 vasitələrinin bəzi avadanlıqlarının dəyişdirilməsi başlandı. Belə ki, yeni bir ZİL-49062 daşıyıcısı yaradıldı. Çərçivə gücləndirildi və sükan sistemi yenidən quruldu. Mühərrikin soyutma sistemi təkmilləşdirildi və üzmə pərləri dəyişdirildi.

Daha sonra bir neçə təcrübədən sonra eksperimental vasitə 150 at gücünə malik ZİL-550 turbo mühərrikinə sahib oldu. O, serial məhsulundan daha aşağı səviyyədə olmayan biroxlu qaldırıcı kran-manipulyatoru sınaqdan keçirdi. Belə bir kranın dəstəkləyici dönmə dayaq cihazı gövdə hissəsində idi.

ZIL-2906 rotorlu qar bataqlıq ərazi vasitəsinin boşaltma prosesi

1985-ci ildə "Salon" tipli vasitələr sonralar daha da inkişaf etdirilərək yeni naviqasiya avadanlıqları və daha müasir kommunikasiya sistemləri ilə təchiz edildi. Həmçinin, sərnişin kabinəsi daha səmərəli iqlim avadanlığı ilə təchiz olundu. Bütün ərazi vasitəsinin bu versiyası ZİL-49065 adlandırıldı. Təkmilləşdirilən versiyada amfibiya, kosmonavtların daha sürətli və daha səmərəli axtarışına imkan verirdi. Ekipaj və sərnişinlərə daha çox rahatlıq və komfort təmin edə bilirdi. Kabin tutumu və yük qabiliyyəti isə dəyişməz qaldı.

ZİL-49062 və ZİL-49065 bütün ərazi vasitələrinin eksperimental nümunələri sınaqdan keçirildi və dizayn xüsusiyyətlərini təsdiq etdilər. Onlar seriya istehsalı və istismar üçün tövsiyə edilmədi. Lakin layihələrin əsas ideyaları itirilmədi. 1986-cı ildə modernləşmə layihələri ilə bağlı bəzi yeniliklər ZİL-4906/49061 orijinal maşınlarının dizaynına daxil edildi. Beləliklə, yeni "Göy Quş" seriyası əsas və modernləşdirilən versiyaların texniki xüsusiyyətlərini özündə birləşdirdi.

Kran fəaliyyətdədir

Sovet İttifaqının dağılmasından sonra Lixaçev adına zavod da bir çox yerli müəssisələr kimi müxtəlif problemlərlə üzləşdi. Bunun nəticələrindən biri ZİL-in "Xüsusi Konstruktor Bürosu"nun ayrı bir müəssisəyə çevrilməsi idi. Yeni şirkət "Vezdexod QVA" (Qrachev Vitali Andreviç-red.) adlandırıldı. Artıq müstəqil bir təşkilat olaraq, köhnə "Xüsusi Konstruktor Bürosu" "kosmik" texnologiyanı istehsal etməyə davam edirdi. Rusiya Fövqəladə Hallar Nazirliyi, Silahlı Qüvvələrin strukturları və hətta mədən sənayesinin şirkətləri arasında PEK-490 kompleksinin maşınlarına maraq göstərilirdi. Məlum məlumatlara görə, xüsusi texnika üçün yeni sifarişlər "Göy Quş"ların ümumi sayını 40-50 ədədə çatdırdı. Bu maşınların əksəriyyəti hələ də istisamar edilir və vəzifələrini yerinə yetirir. Lakin istisnalar da var. Belə ki, bir neçə il bundan öncə amfibiya ərazi vasitələrinin seriya istehsalından biri Moskva vilayətindəki İvanovsk kəndində Dövlət Hərbi Texnik Muzeyinin sərgi eksponatına çevrildi. Bu maşın üç zolaqlı ağ rəngini saxladığına görə, onun Rusiya Fövqəladə Hallar Nazirliyinə aid olduğu bəlli olur.

Səksəninci illərin sonlarında seriya avadanlıqlarının həyatını uzatmaq üçün tədbirlər görüldü. Bu və ya digər işlərin sayəsində ilk növbədə ərazi vasitələrinin resurslarının 10 il təyin edilən xidmət müddətini 20 ilədək artırılması təklif edildi. Bu təkliflər istənilən nəticələrə gətirib çıxardı. Bu səbəbdən ZİL-4906 maşınları hələ də istismardadır və vəzifələrini yerinə yetirir. Lazım gəldikdə, onlar təmir edilir və modernləşdirilir. Məsələn, 2000-ci illərin ortalarında "Göy Quş"lar müasir peyk naviqasiya avadanlığı ilə təchiz edilməyə başlandı.

ZİL-4906 tipli nəqliyyat vasitələri və onların modifikasiyaları sanballı yaşlarına baxmayaraq, hələ də əksəriyyəti istismar olunur və onlara verilən vəzifələri yerinə yetirir. Qeyd etmək lazımdır ki, kosmonavtika maraqları baxımından axtarış-xilasetmə əməliyyatları kontekstində bu texnikanın əvəzi yoxdur. Bunun bir neçə açıqlaması var. Əsas olanı, bu texnologiyanın mövcud tələblərə tam cavab verməsi və müəyyən edilən bütün vəzifələri həll edə bilməsidir. "Göy Quş" xüsusi avadanlıqların xidmət müddətini nəzərə alarsaq, deyə bilərik ki, bu komplekslər Lixaçev adına zavodun öz sahəsində ən uğurlu layihəsidir.

Məlumat Ryabov Krilin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: ZIL-4906   Axtarış-evakuasiya-vasitəsi  

ZİL-4906 bazasında "Göy Quş" axtarış-evakuasiya vasitəsi - ARAŞDIRMA (FOTOLAR)

2018/03/10_15214497500.png
Oxunub: 2661     17:52     19 Mart 2018    