Ordu.az xəbər verir ki, bu barədə məlumat “USA Today” nəşri tərəfindən ictimailəşdirilib.
Məlumata görə, gəmidə klassik sualtı gəmilərlə oxşar olan yeganə əlamət onun görünüşüdür: boru və linzlər yerinə sualtı gəmi 360 dərəcə fırlanan kamera və monitorlarla təchiz edilib.
Gəminin idarəetməsi ilə paralel olaraq xarici aşkarlama vasitələri üçün də “Xbox 360”dan olan oyun sistemi istifadə olunur.
Gəminin idarəetməsi üçün əvvəlcə xüsusi qurğu hazırlansa da, sonradan mütəxəssislər onu ağır və narahat hesab edərək adi coystiklə əvəzləmək qərarına gəldilər.
Ağalar Qəribov
Ordu.az