Ordu.az Telegraf.com saytına istiandən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, yeni silahlar Amerikanın AR-10 avtomatik tüfənginin analoqudur. O, 800 metr məsafədə yerləşən hədəfləri vurmaq üçün effektiv vasitə hesab edilir.
Ukrayna silah konstruktorlarının həyata keçirdiyi dəyişikliklər nəticəsində silah iki tərkib hissəsinə ayrıla bilir. Bu isə onun ölçülərini azaltmağa və daşınma zamanı rahatlığı təmin etməyə imkan verir.
Atəş mexanizmi dəqiq atəşlər üzərində qurulduğundan güllələri yalnız bir-bir atmaq mümkündür. Səsin azaldılması üçün silah səsboğucu ilə təchiz edilib.
Ağalar Qəribov
Ordu.az