Ordu.az “Defense Aerospace” nəşrinə istinadən xəbər verir ki, mühərrik uçan labaratoriya adlanan “Boeing 747” təyyarəsinin bazasında yaradılıb.
Təyyarə havaya Kaliforniya ştatında yerləşən Viktorvill aerodromundan qalxıb. Təyyarənin yeni aviasiya mühərriki ilə uçuşu təxminən 4 saat davam edib.
Yeni mühərrikin hazırlanması “GE Aviation” şirkəti tərəfindən 5 ildən çox müddətdə həyata keçirilib.
İstehsalçılar qeyd ediblər ki, yeni mühərrik bütövlükdə aviasiyanın və ABŞ Hərbi Hava Qüvvələrinin inkişafına xüsusi töhfələr verəcək.
Ağalar Qəribov
Ordu.az