Ordu.az Utro.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Elmi Təhqiqat Fəaliyyəti Baş İdarəsinin rəhbəri, general-mayor Aleksandr Mironov bəyan edib.
O qeyd edib ki, hazırda “Uran-9”un sınaqları davam etsə də, yaxın zamanda bu sınaqlar tamamlanacaq.
“Yeni döyüş robotu fevral ayında “Alabino” poliqonunda sınaqdan keçirilib və sınaqların nəticələri bizi çox qane etdi. Tezliklə bu robotu ordunun silahlanmasında görəcəyik”, - deyə general bildirib.
Ağalar Qəribov
Ordu.az