Ordu.az BMPD portalına istinadən xəbər verir ki, bu barədə təyyarələrin istehsal edildiyi “İrkut” şirkəti məlumat yayıb.
Məlumata görə, göyərtə nömrəsi “05”, “06”, “07” və “08” olan təyyarələrin dövlət sınaqları hələ 2107-ci ilin yayında başa çatıb, lakin naməlum səbəblərdən təyyarələrin təhvili payız aylarında təxirə salınıb.
Qeyd edək ki, “İrkut” şirkəti ilə Rusiya Müdafiə Nazirliyi arasında imzalanan müqaviləyə görə, Rusiya Aerokosmik Qüvvələri 2018-ci il çərçivəsində 30 ədəd “Yak-30” təyyarəsi ilə təchiz edilməlidir.
Ağalar Qəribov
Ordu.az