Dünya silah bazarında iddialı güc: Türkiyənin milli hərbi silah texnologiyaları - VİDEO (FOTOLAR)

2018/03/111111111111_1521129470.jpg
Oxunub: 14229     00:07     16 Mart 2018    
Son illərdə artan terror hadisələri, Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilən yerli texnologiya məhsulu olan silah və avadanlıqların həyati bir əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi.

Hazırda Türkiyənin milli silah və müdafiə sistemləri Afrində tətbiq edilir. Afrin əməliyyatından öncə Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhəd xəttinə personal və texnika daşınması kimi fəaliyyətlər icra edildi. Bunlar arasında "Kayı" sərhəd təhlükəsizlik və "Koral" radioelektron mübarizə kompleksi də var.

TSQ-nin terror yuvalarını darmadağın etdiyi, üzərində Mustafa Kamal Atatürkün imzasının olduğu SOM adlı raketlərdən, ATAK helikopterinə və "Koral" radioelektron mübarizə kompleksinə qədər onlarla fərqli vasitə üzərində işlər dayanmadan davam edir.

13-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisi "IDEF 2017" geridə qaldı. İnkişaf edən texnologiya, əlbəttə, müdafiə sənayesi üçün də böyük əhəmiyyət daşıyır. Sərgidə nümayiş etdirilən, xüsusilə yerli mühəndislərin istehsal etdiyi müdafiə məhsulları böyük maraq doğururdu.

Ordu.az bu yazıda Sizə ASELSAN, "Tubitak Elm və Texnologiya Araşdırma Mərkəzi", ROKETSAN və s. kimi əhəmiyyətli markaların yeni istehsal texnologiyaları barədə məlumat verəcək. Həmin silahların bu gün TSQ tərəfindən Afrində real döyüşdə istifadə edilməsi müvzunun aktuallığını daha da artırır.

"Bora-12" snayper tüfəngi

Türkiyənin ilk snayper tüfəngi olan "Bora-12" və ya MKEK JNG-90 Mexanika və Kimya Sənayesi korporasiyasında istehsal olunur. 4.8 kq ağırlığında və 1080 mm uzunluğunda olan tüfəng, milli piyada tüfəngi MPT-76 və ya G3 kimi 7.62 × 51 mm NATO sursatından istifadə edir.

Jandarma Komandanlığının müvafiq bölmələrinin uzun müddətli çalışmaları nəticəsində ortaya çıxan "Bora-12" snayper tüfənginin ilk yaradıcısı 1990-ci ildə Jandarma Qüvvələrindən təqaüdə çıxan baş çavuş Necmi Güngördür.

Bu tüfəng, Mexanika və Kimya Sənayesi korporasiyasında ilk patentləşdirilən silahdır və 1200 metrə qədər məsafədə hədəfləri məhv edə bilir. Hazırda TSQ-də silanlanmaya qəbul edilən tüfəng digər analoji snayper tüfənglərini yarışlarda üstələyir.

MPT-76 Milli piyada tüfəngi

Türk Silahlı Qüvvələrinin piyada tüfəng ehtiyacını qarşılamaq məqsədi ilə Mexanika və Kimya Sənayesi korporasiyası tərəfindən yerli imkanlarla istehsal olunan MPT-76 silahında bütün atıcı silahlarda ən geniş istifadə olunan AR15 tipli bir mexanizmdən istifadə olunur. MPT-76 tam avtomatik silahdır.

Dəqiqədə təxminən 650 mərmi ata bilən MPT-76 piyada tüfəngi, 7,62 × 51 mm diametrli döyüş sursatından istifadə edir. Silah 4,1 kg çəkiyə, 92 sm ümumi uzunluğa və 41 sm lülə uzunluğuna sahibdir.

600 mertədək effektiv atəş və 1200 metrədək maksimum atəş məsafəsinə malik MPT- 56 tüfəngində 5,56 mm kalibrində olan mərmilərdən istifadə edilir.

Türkiyəli mühəndislərin patentləşdirdiyi təhlükəsizlik sistemi sayəsində tüfəngin nişan alma lövhəsində və əl qundağında yer alan qurğuya NATO standartlarında istehsal edilən bütün növ optik məhsullar birləşdirilə bilir.

"Hürkuş" Təlim və Yaxın Hava Dəstəyi təyyarəsi

Adını ilk Türkiyə pilotu və təyyarə mühəndisi olan Vecihi Hürkuşdan alan təyyarə, "Türk Təşəbbüsü Əsas Təlim Təyyarə Layihəsi" çərçivəsində TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilib. Tam rəqəmsal elektron göstəricisi olan təyyarə, ilk uçuşunu 2013-cü ilin iyun ayında həyata keçirib.

Bundan başqa, iki fərqli hərbi versiyası hazırlanıb: "Hürkuş- B" və "Hürkuş- C". Bu təyyarələr yalnız bir təlim təyyarəsi deyil, Türk Silahlı Qüvvələri tərəfindən yer hədəflərinə qarşı yüngül hücum məqsədilə də istifadə edilə bilər.

Maksimum sürəti 574 km/saatdır və maksimal uçuş hündürlüyü 34700 futdur. "Hürkuş" 11,17 metr uzunluğa, 9,96 metr qanad genişliyinə və 3,70 metr hündürlüyə malikdir.

"Hürkuş-C"nin terrorcularla mübarizədə ən böyük töhfəsi, hava əməliyyatlarının xərclərini azaltmaqdan ibarət olacağı düşünülür. Çünki kiçik çaplı əməliyyatlarda döyüş qırıcılarına olan tələbat azalacaq.

Milli Müdafiə Nazirliyinin məlumatında "Hürkuş" təyyarələrinin 2018-ci ildə Türkiyənin Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul ediləcəyi bildirilir.

TR-300 "Kasırga" YARS

Türk Müdafiə Sənayesinin əsas oyunçularından olan ROKETSAN şirkəti tərəfindən hazırlanan "Kasırga", 100 km məsafədə və 70 metr radiusda hədəfləri məhv etmək qabiliyyətinə sahib olan yaylım atəşli reaktiv sistemdir.

ROKETSAN tərəfindən hazırlanan çoxməqsədli T-122/300 və T-300 raketlərində sərt kompozit yanacaq texnologiyasından istifadə olunur.

İstənilən hava şəraitinə və digər ətraf mühit şərtlərinə qarşı olduqca davamlı olan TR-300 "Kasırğa" sisteminin döyüş sursatlarının yüklənməsi və boşaldılması avtomatik rejimdə həyata keçirildiyi üçün işçi heyətinin iş yükü minimuma qədər azalıb.

TUSAŞ-ın ANKA pilotsuz uçuş aparatı

TUSAŞ tərəfindən hazırlanan ANKA, Türk Silahlı Qüvvələri tərəfindən orta yüksəklikdə uzun müddət havada kəşfiyyat apara bilən pilotsuz uçuş aparatı sisteminin tələblərinə cavab verən ilk vasitədir.

ASELSAN şirkəti də ANKA hazırlanmasında iştirak edib. PUA-dan 2013-ci ildən etibarən fəal şəkildə istifadə olunur. ANKA 30000 fut qədər hündürlüyə yüksələ bilir, infraqırmızı görüntüləmə və lazer işarələmə sistemlərinə sahibdir.

217 km/saat maksimum sürətlə ANKA tam yüklü vəziyyətdə 24-32 saat ərzində havada qala bilir. 1500 kq çəki ilə ANKA dörd silindrli, 155 at gücünə sahib "Thielert Centurion 2.0" turbomühərrikdən istifadə edir.

ANKA-S - Pekdən idarə edilən PUA

ANKA-S peyk nəzarəti sayəsində sərhədləri ortadan qaldıraraq TSK üçün böyük bir üstünlüyü təmin etdi. 2013-cü il oktyabrın 25-də imzalanan ANKA-S müqaviləsinə görə 10 ədəd seriya istehsalı Silahlı Qüvvələr üçün hazırlanmağa başladı. ANKA-S aparatlarının ilk nümunələri artıq TSQ-ya çatdırılıb.

Digər pilotsuz uçuş aparatlarından fərqli olaraq, ANKA-S PUA-larının fəaliyyətinə "Türksat" peyklərinin əhatə dairəsinə daxil olan istənilən nöqtədən hava şəraitindən asılı olmayaraq asanlıqla nəzarət edilə bilər. Məsələn, bu günlərdə Suriya ilə sərhəddə fəaliyyət göstərən ANKA-S PUA-sını Ankara və ya İstanbuldan yönəltmək və ya nəzarət etmək mümkündür.

24 saat 30000 fut yüksəklikdə kəşfiyyat aparan ANKA-S, ASELSAN CATS elektro-optik görüntüləmə sistemindən istifadə edir. Beləliklə, yüksək dəqiqlikli görüntülər nəzarət mərkəzinə ən sürətli şəkildə ötürülür.

"Altay" tankı

Koç qrupuna daxil olan "Otokar" təşəbbüsləri ilə 2007-ci ildən "Altay" tankının hazırlanmasına başlanılıb. Türkiyənin Qurtuluş savaşında 5-ci Süvari Ordusunun Komandanı olan Fəxrəddin "Altay"ın şərəfinə yerli tank belə adlandırılıb.

"Altay", ilk inkişaf mərhələsində Cənubi Koreyanın "Rotem" şirkətindən dəstək alsa da, sonradan layihə tamamilə türk mühəndislərinə verildi.

"Otokar", ASELSAN, MKEK, ROKETSAN və "Hyundai Rotem" şirkətlərinin ortaq çalışmaları ilə inkişaf etdirilən "Altay" üçün sınaq prosesi müvəffəqiyyətlə tamamlanıb. "Otokar" tərəfindən prototip istehsalı üçün xərclənən pulun 1 milyard dolları keçdiyi açıqlanıb.

Orta ağırlığı təxminən 65 ton olan tank əsas silah kimi 120 mm topu ilə silahlanır. Bundan başqa, ASELSAN tərəfindən hazırlanan SARP silah sistemi və ağır pulemyot da "Altay" tankında olan silahlar arasındadır.

Bütüm sərt ərazi şərtlərində fəaliyyətini davam etdirmək üçün 1500 BG V12 tip mühərrikə və 5 irəli, 3 geri sürət pilləsi olan transmisiyaya sahib olan "Altay" tankı, "Roketsan" istehsalı bor karbid əsaslı zireh ilə qorunur və saatda 70 km sürətlə hərəkət edə bilir.

"Altay" tankının 3+ nəslə aiddir, dəyəri təxminən 5.5- 6 milyon dollardır. İlkin mərhələdə 250 ədəd istehsal edilməsi planlaşdırılıb. Lakin bunun üçün kütləvi istehsal prosesinin qeyri-müəyyənliyi ortadan qalxmalıdır.

ATAK helikopteri

ATAK üçün ilk addımlar 1995-ci ildə atıldı. TSQ tərəfindən ölkənin coğrafi və iqlim şərtlərinə uyğun istifadə edə biləcəyi yerli helikopter istehsal etmək üçün Müdafiə Sənaye məsləhətçilərinə tapşırıq verildi. Təxminən 12 illik çalışmalardan sonra 2007- ci ildə ATAK helikopterlerinin tenderi reallaşdı.

İtalyanın "AgustaWestland", Türkiyənin TUSAŞ və ASELSAN ortaqlığında inkişaf etdirilən ATAK T-129 helikopteri ilk uçuşu İtaliyada, "AgustaWestland" təsislərində 2009- cu ilin sentyabrın 28-də baş tutdu.

Bu çərçivədə yeni helikopter üzərində edilən dəyişikliklər, xüsusi silah və proqram təminatı sistemlərinin inteqrasiya edilməsiylə ortaya çıxan ATAK T-129, Türkiyədəki ilk uçuşunu 2011-ci ilin avqustun 17-də reallaşdırdı.

AH-1 "Super Cobra" helikopterindən üstün olan ATAK helikopterindən TSQ-də 27 ədəd mövcuddur. Layihənin 2-ci hissəsində 11 helikopter də təslim ediləcək.

Layihənin 1-ci hissəsində alınan ATAK helikopterlərində raket xəbərdarlıq sistemi, raketə qarşı sistem, MXF-484 və 9651 əl radiostansiyaları vardı. 2-ci layihədə isə lazer xəbərdarlıq sistemi, RF qarışdırıcı, radar xəbərdarlıq sistemi, 9681 V/UHF radiostansiyalar kimi əlavə sistemlər də olacaq.

Yerli mühərrik və 20 mm top sistemi üçün işlər davam edir. ATAK hücum helikopterlərinin jandarma və polislərin də silahlanmasına daxil edilməsi Türkiyə tarixində ilk dəfə baş verirdi.

SOM raketi

Son zamanlarda adını tez-tez eşitməyə başladığımız SOM raketi tamamilə Türkiyə texnologiyası əsasinda istehsal edilən silahdır. SOM raketinin ortaya çıxmasının əsas səbəbi milli duyğular və düşməndən dost olmaz məntiqindən irəli gəlir.

Baş verə biləcək münaqişə vəziyyətində digər dövlətlərdən alınan raketlər bir düymə və ya bir proqram vasitəsilə sabotaj edilə bilməsinin mümkünlüyü türkiyəli müdafiə sənayesini SOM raketini hazırlamağa sövq etdi.

Tübitak Sənaye Araşdırma ve İnkişaf İnstitutu tərəfindən 2006-cı ildə hazırlanan, quru, dəniz və havadan atıla bilən SOM raketlərinin inkişaf proqramı davam etdirilir.

200 kilometr məhvetmə məsafəsinə malik olan SOM raketi, Türkiyə Hərbi Hava Qüvvələrinin 100 illiyində, 2011-ci ilin iyunun 4-də ilk dəfə İzmir Çiğli hava bazasında cəmiyyətə təqdim edildi.

600 kq şəkisində olan SOM raketi, daxilində olan GPS sistemi sayəsində buraxıldıqdan sonra da idarə edilə bilir. Bu raket 2012-ci ildən bəri türk sənayesinin istehsal etdiyi ən vacib sistemlərdən biri hesab olunur.

Bu ilin ortalarından raket yerli mühərriklə çalışmağa başlayacaq.

"Koral" Mobil Radio-Elektron Mübarizə Sistemi

ASELSAN tərəfindən istehsal olunan "Koral" Mobil Radio-Elektron Mübarizə Sistemi ehtimal olunan rəqib ölkə radarlarına maneələr yaradaraq onların funksiyalarını yerinə yetirməsini əngəlləməkdir.

"Koral" kompleksi hər biri 8 × 8 təkər formalı şassi üzərinə quraşdırılan bir ədəd Radar Elektron Dəstək Sistemindən və dörd ədəd Elektron Radar Hücum Sistemindən ibarət olaraq NATO standartlarına uyğundur.

Elektron Dəstək Sistemi (Koral ED) ilə Elektron Hücum Sistemi (Koral ET) olmaqla iki əsas hissədən ibarət olan kompleksdə, "Koral" ED ilə kompleksin axtarış və aşkarlama funksiyalarını, "Koral" ET ilə isə düşmən radarlarının fəaliyyətini əngəlləmək funksiyasını yerinə yetirir.

"Koral" ilə birlikte istifadə olunan "Planlama ve Analiz" proqramlarının mövcudluğu REM əməliyyatlarında çox vacib bir əhəmiyyət daşıyır. Bu proqramın sayəsində əməliyyat bölgəsinə aid məlumatlar və hazırlıqlar əvvəlcədən işlənə bilir. Əməliyyat zamanı qeydedilən siqnalların detallı analizi aparılır, sistemdəki "yaddaş kitabxanası" daim yenilənir.

Rəqib ölkələrin HHM sistemlərində mühüm bir problemlər yarada bilən "Koral" REM kompleksi Rusiyanın S-400 ZRK qarşısında da olduqca güclü təsirə malik olduğu deyilir. Rusiyalı mütəxəssislər "Koral"ın S-400 komplekslərinin 30% funksiyasının basdıra bildiyini özləri də etiraf edirlər.

"Kayı" Türkiyə Təhlükəsizlik Sistemi

Afrin əməliyyatının davam etdiyi bu günlərdə ilk dəfə olaraq Hatay sərhəddində istifadə olunan "Kayı" Türkiyə Təhlükəsizlik Sistemi üçün unikal bir vasitədir.

Onlarla fərqli elektron sensorlara malik olan və sərhəd xəttini gecə və gündüz gözətləyən "Kayı" yaxınlaşan bütün PUA, insan və texnikalar barədə komanda məntəqəsini xəbərdar edir. Bütün gürüntülərin bir mərkəzdə toplanması qanundan kənar fəaliyyətlərin dərhal sübut edilməsini mümkün edir.

Vasitəyə ASELSAN şirkəti tərəfindən istehsal edilən SARP məsafədən idarəolunan stabil silah sistemi inteqrasiya olunub. SARP sərhəd xəttinə yaxın ərazilərdən həyata keçirilən hücumları surətli bir şəkildə aşkarlayaraq avtomatik olaraq həmin istiqamətə tuşlanır.

"Fırtına" Özüyeriyən Artilleriya Qurğusu

Türkiyənin milli artilleriya sistemləri arasında əməliyyat başlayan andan bu günə qədər davamlı olaraq ən çox xatırlanan silah "Fırtına" haubitsalarıdır. Türkiyənin istehsal etdiyi T-155 "Fırtına" ÖAQ, TSQ-nin quru əməliyyatlarında ən təsirli silahların siyahısında ilk pillələrdə yer alır.

Atəşə nəzarət sistemində ASELSAN imzalı xüsusi bir proqramdan edən "Fırtına" 25 kilometrlik məsafədə olan hədəfləri, yaxın aralıqlarla atdığı mərmilərlə hədəfi üç fərqli nöqtədən vura bilir.

Digər haubitsa sistemlərinə görə daha sürətli bir sistemə malik olan və bu səbəbdən də "Fırtına" adını alan yerli ÖAQ, 30 saniyəyə kimi qısa bir vaxtda "döyüşə hazır" vəziyyətinə gətirilə bilir.

30 saniyəyə 3 top atışı həyata keçirə bilən "Fırtına"nın yer dəyişdirməsi də 30 saniyə çəkir. Dünyanın ən sürətli qaubitsalarından olan "Fırtına", yer dəyişdirmə zamanın qısa olduğuna görə düşmənin cavab atəşindən effektiv şəkildə yayına bilir.

TCG "Heybeliada" (F511)

Milli Döyüş gəmisi layihəsi çərçivəsində inşa edilən TCG "Heybeliada" ilk Türk gəmisidir. İnşaatına 2004-ci ildə başlanıb. Dörd il çəkən inşaat işlərindən sonra 2008-ci ilin sentyabrın 27-də Preveze Dəniz Zəfərinin il dönümündə suya buraxılan TCG "Heybeliada" gəmisinin 3 illik sınaq müddəti başlandı.

Ada sinifində və korvet tipində döyüş gəmisi olan TCG "Heybeliada"nın maksimum sürəti 35 mil/saatdır. Radio-elektron mübarizə sistemlərində ASELSAN şirkətinin məhsulu olan ARES-2N-dən istifadə olunur.

TCG "Heybeliada" 3 illik sınaq müddətindən sonra yenə Preveze Dəniz Zəfərinin il dönümü günündə, sentyabrın 27-də Hərbi Dəniz Qüvvələrinə təslim edildi.

"Cirit" raketləri

Türk Silahlı Qüvvələrinin ən çox istifadə etdiyi "Cirit" raketləri ROKETSAN tərəfindən hazırlanıb. Lazerlə idarə olunan 70 mm raketin məhvetmə məsafəsi 8 kilometr, ağırlığı 14 kiloqramdır.

T-129 ATAK, AH-1P "Cobra" və AH-1W "Super Cobra" hücum helikopterləri üçün hazırlanan və dünyanın ilk lazerlə idarə olunan helikopter raketi olan "Cirit", "Eurocopter EC635" layihəsində də istifadə ediləcək.

Helikopterlərdən başqa lazer başlıqlı raketləri, ANKA pilotsuz uçuş aparatlarına, nəqliyyyat vasitələrinə və yüngül hücüm təyyarələrinə asanlıqla quraşdırmaq mümkündür. Raketlərdən TSQ-də 2010-cu ildən müvəffəqiyyətlə istifadə olunur.

Yüngül zirehli hədəflərə qarşı yüksək effektivlik, tüstüsü azaldılan yanacaq və raket mühərrikinin laqeyd sursat funksiyası kimi üç müsbət xüsusiyyətə eyni anda sahib olan çoxməqsədli döyüş başlığı, həmçinin elektromexaniki nəzarət sistemlərinə də malikdir.

UMTAS Raketləri

ROKETSAN tərəfindən 2010-ci ildə istehsalına başlanan UMTAS raketləri, ATAK helikopterlərinin lazerlə idarə olunan və izlənilən raket ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulurdu.

"Atdım-unutdum" sisteminə aiddir. Raket atıldıqdan sonra tuşlayıcı dəstəyi olmadan da hədəfin vurulması mənasını verir. İlk dəfə hədəfi nişan alarkən raket hədəfə kilidlənir, məlumatları yaddaşında saxlayır və kənar kimsənin müdaxiləsi olmadan hədəfi, hərəkət etsə belə özü tapıb rahatlıqla məhv edir.

UMTAS raketləri infraqırmızı passiv izləmə texnologiyasına sahibdir.

Hazırda T-129 ATAK və ANKA-B hava nəqliyyat vasitələrində UMTAS raketlərindən istifadə edilir. UMTAS raketlərinin bütün hüquqları Türkiyəyə aiddir, bütün hava şəraitində problemsiz fəaliyyət göstərən bu raketlər bəzi ölkələrə də ixrac olunur.

"Zıpkın"

Türkiyədə "Stinger" kompleksinin ilk yerli şassiyə quraşdırılan modeli "Zıpkın" KMS ASELSAN tərəfindən hazırlanıb. "Zıpkın" sisteminin inkişaf prosesi olduqca uzun və ağrılı olub. "Zıpkın" KMS sistemi üçün ilk addım 1992-ci ildə atılsa da, layihə 2004-cü ildə reallaşıb.

ASELSAN tərəfindən ancaq yerli şirkət məhsullarından istifadə edilərək istehsal olunan "Zıpkın", əsas silah kimi atəş etməyə hazır 4 ədəd FIM-02 "Stinger" raketlərindən istifadə edir. "Zıpkın" KMS-in bütün funksiyalarına ASELSAN tərəfindən yazılan bir kompüter proqramı ilə nəzarət olunur. "Zıpkın" KMS Türkiyə Silahlı Qüvvələri tərəfindən aktiv istifadə edilir.

ARMA zirehli daşıyıcısı

Türkiyənin ən təchizatlı zirehli vasitəsi olan ARMA, "Koç Group"a daxil olan "Otokar" tərəfindən işlənərək hazırlanıb. ARMA, təkmilləşdirilən korpus sayəsində mina və partlayışlarla bərabər nüvə və bioloji hücumlara qarşı da davamlıdır.

2007-ci ildən inkişaf etdirilməyə başlayan ARMA-nın istehsalına başlamazdan çox öncə bir çox xarici ölkələrdən sifarişlər alıb.

6 × 6 və 8 × 8 təkər formasına sahib olan müxtəlif iki versiyada olan ARMA, TSQ-nin silahlanmasında ən güclü zirehli vasitə sayılır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Türkiyə   Milli-sənaye  

Dünya silah bazarında iddialı güc: Türkiyənin milli hərbi silah texnologiyaları - VİDEO (FOTOLAR)

2018/03/111111111111_1521129470.jpg
Oxunub: 14230     00:07     16 Mart 2018    