"Xalq-ordu": İslahatlar mühərrikidir, yoxsa cinayət oliqarxiyasının görünüşü? – ANALİZ

2018/03/serj-vigen6546_1521031539.jpg
Oxunub: 1723     20:41     14 Mart 2018    
Ermənistan müdafiə naziri Razm.info saytına, orduya aid problemlər, erməni ordusunun modernləşdirilməsi və islahatlar proqramını, xüsusilə də “Xalq-ordu” konsepsiyasını şərh edərək, geniş müsahibə verib.

Ermənistan müdafiə naziri Vigen Sarkisyan müsahibəsində bildirib ki, islahatların əsas məqsədi ordunu daha şəffaf, cəmiyyət üçün daha anlaşılan, ordu cəmiyyət əlaqələrini daha da möhkəmləndirmək, orduya sərf edilən xərcləri və onlara nəzarəti daha geniş kütləyə çatdırmaqdır. Lakin Ermənistan hakimiyyətinin kütləvi şəkildə korrupsiyalaşdığı bir vəziyyətdə ordunu bunsuz təsəvvür etmək qeyri-mümkündür.

Əslində Vigenin xəyalında canlandırdığı islahatlar orduda şəffaflığa nail olunmağı nəzərdə tutsa da bu real şəraitdə kosmetik xarakter daşıyır.

Bir tərəfdən “Xalq-ordu” konsepsiyası öz tərkibinin müxtəlifliyini sistemin tansformasiyası ilə uyğunlaşdırdı, digər tərəfdən “1000 dram” fondu ictimai qınaq obyektinə çevrildi. Faktiki olaraq, 1000 dram fondu Ermənistanda kasıb təbəqənin cibinə zorla soxulmaq deməkdir. Bir neçə ay içərisində Ermənistan müdafiə naziri dəfələrlə siyasi qarşıdurma obyektinə çevrilib. Birinci halda müxalifətlə polemikaya girdi, ikinci halda isə təhsil müəssisələrini “kazarmaya” çevirdiyi vəziyyətdə kəskin qınaq obyektinə tuş gəldi. “Xalq-ordu” konsepsiyası çərçivəsində bu layihənin pərdəarxasında varlanma mexanizmi hazırlanır.

Belə ki, “Xalq-ordu” layihəsi oliqarx sistemin gözəl görünüşə çevrilməsi əvəzinə, Sarkisyanın idarəetmə sisteminin müasirləşdirilməsi üçün aparıcı mühərrik rolunu oynamalıdır.

Ermənistanda ordu islahatları, onların ictimaiyyət tərəfindən qəbul edilməsində məhz bu anlayış yoxdur. Nəzəri olaraq islahatlar düşmən ordusunun transparentliyinə yönəldilməli olsa da, onlar kosmetik və fon xarakteri daşıyır. Bir tərəfdən “Xalq-ordu” kosnepsiyası öz fərqli tərki hissələri ilə zaman etibarilə sistem dəyişiklikləri prosesi ilə assosiyasiya edilir,¸digər tərəfdən isə “1000 dram” təşəbbüsü və tələbələrin ordudan möhlətlə bağlı qabun layihəsi paketi bunu yadlaşdırır.

“Təbii ki, mən problemlərin həlli ilə bağlı siyasi fikir ayrılıqları və təsəvvürlərin çoxluğunun bir çox hallarda aqressiv və ya yolverilməz davranışlara səbəb olmasına görə üzülürəm.

Ümumiyyətlə, cəmiyyətimizdə ictimai diskursda ciddi reqress hiss olunduğuna görə üzülürəm. İnsanlar bir-biri ilə razı olmayan kimi bir-birlərini təhqir etməyə aşlayırlar”, - deyə erməni nazir bildirib. Lakin biz yenə də erməni nazirin açıqlamasında səbəblərin aradan qaldırılması ilə yox, nəticələrin ekspert mülahizəsi ilə üzləşirik. İctimai diskurs siyasi, sosial sahələrdə vacib anlayışdır və Sarkisyan hakimiyyəti istənilən halda cəmiyyətin lümpenləşdirilməsini (“1000 dram” təşəbbüsü) aparırsa, heç vaxt proqress yaşaya bilməz. “Xalq-ordu” konsepsiyası çərçivəsində ilk təşəbbüs isə kasıb vətəbndaşların cibinə girmək üçün yaradılan hiylə mexanizmidir.

Ermənistan müdafiə naziri saylı aylar ərzində siyasi konfrontasiya subyektinə çevrilirsə - bir halda müxalifəti sərt tənqid etdiyinə, digər halda universitetləri “kazarma”lara çevirdiyinə görə - ictimai və ya siyasi razılaşmaların epiloqa malik olduğu rasional diskussiyanı təsəvvür etmək çətindir.

Ermənistan hökuməti özü siyasi mədəniyyət, debat mədəniyyətinin formalaşma mənbəyidir və əgər “yuxarılar” cəmiyyətin loyallığını dəyənək və ya pul kisəsi ilə təmin etməyə çalışırsa, “Xalq-ordu” konsepsiyası butaforiya və cəmiyyətin lumpenləşdirilməsinə səbəb olan mexanizmə çevrilir.

Alpər Mövludoğlu
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Xalq-ordu   Oğurluq   Erməni-ordusu  

"Xalq-ordu": İslahatlar mühərrikidir, yoxsa cinayət oliqarxiyasının görünüşü? – ANALİZ

2018/03/serj-vigen6546_1521031539.jpg
Oxunub: 1724     20:41     14 Mart 2018    