ABŞ-ın "həyati maraqları", yoxsa Rusiyanın vegetarian menyusu? – ANALİZ

2018/03/Earth-shattering345_1521029949.jpg
Oxunub: 2141     20:10     14 Mart 2018    
Bu günlərdə iki aparıcı hərbi və siyasi qüvvənin - Rusiyanın və ABŞ-ın mövcud xarici siyasətinin əsas məzmunu barədə yüksək səviyyəli qiymətləndirmələr səsləndi. Rusiya siyasəti ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri general Robert Eşli tərəfindən Silahlı Qüvvələr üzrə Senat Komitəsində keçirilən dinləmələrdə təqdim olunan sənəd formatında müzakirə edildi. Uyğun olaraq, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də Amerika siyasətinə qiymət verdi. Bu bəyanatlar hər iki tərəfdən eyni dərəcəli rəsmilər tərəfindən səsləndirildiyinə görə diqqətəlayiqdir.

Bu vəziyyətdə açıqlamaların ümumi formatları təxminən eyni idi və şübhəsiz ki, obyektiv bir ekspertin qiymətləndirməsi ilə məzmun hissəsini müqayisə etmək daha maraqlı olardı. Buna görə də, beynəlxalq münasibətlərin ümumi tənzimlənməsi çərçivəsində iki ölkənin hansının daha çox neqativ qəbul edildiyinə və qəbuledilməz siyasət yeritdiyinə nəzər salmağa qərar verdik.

Beləliklə, amerikalı general ilə başlayaq. Dərhal vurğulamaq istəyirəm. Rusiya xarici siyasətini qiymətləndirmək baxımından hesabatında qeyd etdiyi müddəaların heç biri ümumi normaların hüdudlarından kənara çıxmır. Bu əslində, müasir Rusiya Federasiyasının tamamilə normal, təbii geosiyasi mənafeləri olan normal bir ölkə olduğu faktının ekspertizası kimi görünür.

ABŞ MN-nin Kİ-nin sənədindən sitat: "Moskvanın strategiyası ABŞ və onun müttəfiqlərini Rusiyanın təhlükəsizliyi sahəsində maraqlarının mövcudluğunu tanımağa, eləcə də Rusiyanın qlobal oyunçu kimi qəbul etməyə və mənafelərinə zərər vurulmasının ağır nəticələrinin olacağına inandırmağa məcbur etmək istəyidir. Rusiya dəfələrlə ABŞ ilə yeni soyuq müharibədə maraqlı olmadığını qeyd edərək artıq Qərbə güzəştə gedərək barışmağa cəhd göstərməyəcək".

Tək bu sitatın əsasında Rusiyanın xarici siyasət tərəfdaşlarından ibtidai istəklərə nail olmağa çalışdığına dair təmamilə birmənalı nəticə çıxarmaq mümkündür. Məsələn, hər hansı bir suveren dövlətin təmamilə beynəlxalq hüquq normalarına uyğun və onun ayrılmaz bir hissəsi olan "təhlükəsizlik sahəsində Rusiyanın maraqlarının mövcudluğunun tanınması" hüququ var. Eyni şəkildə, Rusiyanın, ABŞ və eləcə də dünyanın hər hansı bir ölkəsinin hüququ var ki, onun maraqlarına zərər vurulması nəticəsiz qalmasın. Bir daha vurğulamaq istəyirəm ki, ekspert səviyyəsində olan amerikalı qiymətləndirmələrdə Amerika kütləvi təbliğatının Rusiyaya "tikdiyi" cinayət və təhdidedici materiallara hətta kiçik bir işarə belə yoxdur.

Sadəcə müasir Rusiya Qərblə güzəştə gedərək barışmağa hazır deyil, çünki ondan davamlı yeni güzəştlər tələb olunur. Qərb post-sovet Rusiyasının zəifləməsindən istifadə edərək Ukraynada hakimiyyətə gətirdiyi qüvvələrin köməyi ilə NATO-nun nəzarət zonasını Moskva ətrafına qədər genişləndirdi. Rusiyanı həqiqətən fiziki olaraq geri çəkilməyə yeri yoxdur. Arxada Moskvadır. Buna görə də, rəsmi Moskvanın güzəşt limitinin təmamilə tükənməsi təəccüblü deyil.

Rusiya Meksika və Kubada qoşunlarını yerləşdirsəydi (Amerikanın Baltikyanı və Ukraynada yerləşdirdiyi kimi), ABŞ da özünü təbii ki, narahat hiss edərdi. Başqa sözlə, bənzər bir vəziyyət üçün Amerikanın qəbul etdiyi standartlar baxımından RF cavab qiymətləndirilməsindəki yanaşma yalnız adekvat, hətta yumşaq və daha təmkinlidir.

Rəsmi sənəddə Amerikalı general sadəcə başqa cür danışa da bilmir, çünki bu öz ölkəsinin ümumdünya tarixində dövlətlər və xalqlar arasındakı əlaqələrin təməlini təşkil edən münasibətlərdən yazılı bir imtina demək olardı. Bu sarsılmaz standartın bir hissəsi kimi, general özündən asılı olmayaraq bildirir ki, Rusiya siyasətində xüsusilə qeyri-adi və iyrənc heç nə yoxdur.

ABŞ-ın MN-nin Kİ-nin rəisinin rus məsələlərinə dair hesabatının qalan hissəsi də eyni ruhda davam edir: "Rusiya öz milli təhlükəsizliyinə və geosiyasi ambisiyalarına əsas təhdid kimi ABŞ görür və potensial təhlükələri dəf edərək xarici siyasət məqsədlərinə nail olmaq üçün öz silahlı qüvvələrini inkişaf etdirir."

Rusiyanın ABŞ-ı təhdid kimi görməsi normaldır. Bunun üçün çoxlu qanuni səbəblər var. ABŞ- ın hərbi büdcəsi Rusiyanın hərbi büdcəsindən 15 dəfə çoxdur! Amerika noqteyi nəzəri baxımından yalnız tək bu fakt təhdid kimi bir ölkəni tanımaq və öz müdafiəsini möhkəmləndirmək üçün bütün tədbirləri görmək üçün kifayətdir. Yəni, Rusiya Federasiyası əslində Amerikada qəbul edilən ümumi məntiq çərçivəsində hərəkət edir. Əslində ABŞ hərbi büdcəsi bütün dünya ölkələrinin hər birinin büdcəsindən artıqdır. Bu zaman müəllifin məntiqinə görə hamı ABŞ-ı təhdid kimi tanımalıdır.

Amma Amerika beynəlxalq hüquqa zidd olaraq digər xalqların və dövlətlərin qanuni mənafelərinə tam etinasızlıq göstərir, daim onların daxili işlərinə müdaxilə edir, hər yerdə inqilablar, qiyamlar və vətəndaş müharibələrinə dəstək verir. Bəzən hətta Suriyadakı kimi heç bir qanuni səbəb olmadan hərbi təcavüz edirlər.

Rusiya da daxil olmaqla hər hansı bir ölkə sözün pis mənasında, çox təhlükəli və hərəkətləri proqnozlaşdırıla bilməyən bir dövlət ilə münasibətdə general Robert Eşlinin dedikləri hərəkətləri edərdi: "Potensial təhlükələri dəf etmək üçün öz silahlı qüvvələrini inkişaf etdirir". Rusiya Federasiyası, Vaşinqtonun özünün də bu vəziyyətdə edə biləcəklərini edir.

"Kremlin məqsədlərinə NATO-nun Şərqə tərəf daha da genişləndirilməsinin qarşısını almaq, keçmiş Sovet İttifaqı ölkələrini daim təsir altında saxlamaq və heç bir əsas beynəlxalq məsələləri Rusiyanın iştiraki olmadan və ya onun təhlükəsizliyi hesabına həll olunmaması daxildir. Kremlin milli təhlükəsizliyin əsası kimi güclü strateji nüvə qüvvələri nəzərdən keçirir. Moskvanın böyük güc olmaq istəyi müasir və yaxşı təlim keçmiş silahlı qüvvələr tələb edir. Moskva silahlı qüvvələrinə məxsus idarəetmə sistemlərinin və texnikalarının təkmilləşdirilməsinə kifayət qədər diqqət və resurs ayırır. Kreml üçün əsas vəzifə strateji nüvə qüvvələrini modernləşdirilməsindən, Amerika Birləşmiş Ştatları ilə nüvə pariteti saxlamaqdan, nüvə silahlarının, nüvə hücumu və ya yüksək dəqiqlikli silahdan istifadə ediləcəyi halda ölkə rəhbərliyini xilas edə biləcək üzun müddətli avtonom sığınacaq və obyektlərin təchizatının yaxşılaşdırılmasından ibarətdir".

Biz Amerikanın rəsmi hesabatlarını bir böyüdücü lupa ilə öyrənməli olsaq belə, orada dünyada öz təhlükəsizliyi haqqında müstəqil düşünən ölkə üçün fövqəltəbii bir şey tapmaq tamamilə qeyri-mümkündür. Rusiyanın ətrafındakı dövlətləri təsir dairəsində saxlamaq arzusu, onların ifrat düşmənçilik ocağına çevirilməmə istəyindən irəli gəlir. Amerika Birləşmiş Ştatlarının özü dünyanın bütün regionlarını "həyati maraqları" dairəsinə daxil etməsi fonunda, Rusiyanın hərəkətləri ciddi pəhrizə məhkum edilən vegetarian menyusuna bənzəyir.

Yerdə qalan "NATO-nun şərqə genişləndirilməsinin qarşısının alınması", "heç bir əsas beynəlxalq məsələnin Rusiya və ya onun hesabına həll edilməməsinin təmin edilməsi", "bir böyük güc kimi tanınmaq istəyi" və s. kimi "Moskva tövsiyələri" barədə müzakirə apararaq Rusiyanı təcavüzçü kimi göstərmək gülünc olardı. Bütün bunlar hər hansı özünə hörmət edən bir ölkə üçün ən vacib xarici siyasət fəaliyyət istiqamətləridir. Eşlinin "Rusiya Federasiyası Amerika Birləşmiş Ştatları ilə nüvə sahəsində pariteti saxlamaq istəyir" sözləri heç bir halda Moskvanın Amerika üzərində hərbi üstünlüyünü təmin etmək istəyi haqqında danışmaq üçün əsas vermir.

Belə ki, Rusiyanın hərəkətləri ümumi nəticələri beynəlxalq aləmdə qiymətləndirilməsi bir çox səlahiyyətli və məsul ABŞ rəsmi mənbələrdən səsləndi və bu, müasir Rusiya Federasiyasının milli təhlükəsizlik sahəsində geosiyasi maraqları və məqsədləri olan böyük bir dövlət olduğununun aşkar şəkildə tanınması hesab edilə bilər. Yəni, başqa bir dünya oyunçusuna qarşı heç bir xüsusi və ümumi qəbul edilən tələblərdən kənara çıxmayan tələblərdən başqa heç bir tələb irəli sürmür. Və buradan məlum our ki, Rusiya bütün ümumi oyun qaydalarının tanınması halında Amerika Birləşmiş Ştatları ilə mübahisəli məsələlərdə qarşılıqlı məqbul həll variantı tapıla biləcək qədər adekvat tərəfdaşdır.

İndi isə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədri ordu generalı Nikolay Patruşevin ABŞ-ın qlobal rolunun "bərabərformatlı" qiymətləndirilməsinin səsləndirildiyi digər sahilə keçək. Bu qiymətləndirmə ABŞ-ın Rusiyanı qiymətləndirməsindən çox fərqlidir.

"Qərb öz maraqlarını təşviq etmək üçün fəal şəkildə güc üsullarından istifadə edir, beynəlxalq hüquq potensialını və çoxtərəfli insitutların funksiyalarını öz maraqlarında istifadə etməyə və başqalarının hesabına öz təhlükəsizlik problemlərini həll etməyə çalışır. ABŞ və bəzi AB ölkələrinin suveren dövlətlərin daxili işlərinə geniş müdaxilə etməsi, sərhədləri bağlamaq cəhdləri, millietnik münaqişələrin alovlandırılması və öz dəyərlərini milli mülahizələr nəzərə alınmadan tətbiqi Orta Şərq, Şimali və Mərkəzi Afrika regionunda xaos zonasına çevrilməsinə və terrorçuluğun çiçəklənməsinə gətirib çıxardı", - deyə Patruşev Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının Elmi Şurasının plenar iclasında bildirib.

Rusiya yüksək səviyyəli dövlət ekspertin qiymətləndirməsində real vəziyyətdə ABŞ-ın qlobal xarici siyasətinə və Qərbin faktiki idarə olunmasına uyğun gəlməyən bir vergül belə tapmaq çətindir. Burda vəziyyət belədir. Vashinqton xarici dünya ilə əlaqələrini qurarkən özlərini digər xalqların və millətlərin taleyi barədə qərar verə biləcək yeganə səlahiyyət sahibi olaraq görür, beynəlxalq hüquqa tam etinasızlıq göstərir və Birləşmiş Millətlər kürsüsündə az qala Hitler kimi seçilmiş olduqları haqqında sərsəm fikirlər səsləndirirlər.

Onlar özləri istisna olmaqla, həmişə hər şey üçün və hər şeyə görə hamı məsuliyyət daşıyır. Suriyaya qanuni bir hökumət və dinc bir həyat istədiyi üçün, Türkiyə yanında PKK idarəetməsində "Böyük Kürdüstan"istəmədiyinə görə günahlandırıldı. Şimali Koreya "bütün bəşəriyyətin düşməni" elan edildi, öz sənaye potensialını artırmaq üçün Çini də cilovlamaq lazımdır.

Ümumiyyətlə Rusiyanın mövcud olması Qərbə lazım deyil. Qərbin ehtiyacı Rusiyanın təbii ehtiyatlarınadır.

Əgər amerikalı general Eşliyə öz ölkəsinin xarici siyasətinin əsl mahiyyəti ilə bağlı obyektiv hesabat hazırlamaq təklif edilsəydi, o vicdanlı bir zabit kimi özünü güllələməli idi. Çünki ABŞ-ın həyata keçirdiyi belə bir xaos fəaliyyətini heç bir ləyaqətli insan nə müdafiə edər, nə də ona haqq qazandıra bilər.

Və biz bu iki əksqütblü qiymətləndirməni müqayisə edərkən məlum olur ki, həqiqətən gələcək dünya müharibəsinin ayaqları haradan çıxır.

Yazı Yuri Selivanovun məlumatlarına əsasən hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Rusiya-ABŞ   Müharibə  

ABŞ-ın "həyati maraqları", yoxsa Rusiyanın vegetarian menyusu? – ANALİZ

2018/03/Earth-shattering345_1521029949.jpg
Oxunub: 2142     20:10     14 Mart 2018    