"Bumeranq"ın zərbəsi: Rusiya ordusunun təkərli bir tanka ehtiyacı varmı?
Oxunub: 8853
16:55
13 Mart 2018
Belə bir texnika Rusiya Quru Qoşunlarının əsas zərbə qüvvəsinə çevrilməklə yanaşı antiterror qurumları üçün atəş dəstəyi vəzifələrini də effektiv şəkildə həll edə biləcək.
Rusiyada "Bumeranq" platformasında özüyeriyən yüngül təkərli tank yaratmaq planlaşdırılır. Bu barədə "Zvezda" telekanalında, bu platformada zirehli vasitələr inkişaf edirən Hərbi sənaye şirkətinin (VPK) baş direktoru Aleksandr Krasovitski tərəfindən məlumat yayıldı. Media dərhal bu mövzunu müzakirə etməyə, təkərli və tırtıllı platformaların üstünlükləri və zəif cəhətləri barədə yazmağa başladı.
Qeyd edək ki, bir neçə il əvvəl hərbçilər hətta İtaliyadan belə avtomobillər almağa hazırlaşırdı, amma Rusiyada bu maşınların ilk sınağından sonra onlardan imtina edildi. Sovet İttifaqında bənzər maşınların layihələri var olsa da, bir sıra texniki qüsurlar səbəbi ilə onlar inkişaf etdirilmədi.
Hal-hazırda "Bumeranq" platformasında zirehli nəqliyyat vasitəsi Rusiyada və xaricdə heç bir analoqa malik olmayan unikal model hesab olunur. Onlar ilk dəfə 2015-ci ildə Moskvada 9 May Qələbə Paradında ictimaiyyətə təqdim olunub. Gələcəkdə T-14 "Armata" tankları, T-15 ağır piyada döyüş maşınları ilə birlikdə "Bumeranq" zirehli nəqliyyat vasitələri Rusiya Quru Qoşunlarının əsas zərbə qüvvəsinə çevrilməlidir. Bundan başqa, hərbi ekspert Sergey Suvorovun sözlərinə görə, təkərli tanklar antiterror əməliyyatları zamanı atəş dəstəyini effektiv şəkildə həyata keçirə biləcək.
Hərb elmləri namizədi Sergey Suvorov: "Rusiyada belə bir texnika yox idi, amma xaricdə bənzər analogları var idi. Lakin həqiqətən araşdırdıqda məlum oldu ki, xarici analoqların "Boomeranq"a çatmasına hələ çox var".
"Sprut" "Bumeranq"ı gücləndirəcək
"Bumeranq" döyüş maşını bazasında yaradılan yeni bir təkərli platformadır. Yalnız quraşdırılan döyüş modullarına görə fərqlənirlər. K-17 maşınları 6,5 km atəş məsafəsi olan çoxkanallı və 4 raketli TƏİRK malikdir, bu isə bir neçə zirehli texnika ilə mübarizə aparmağa imkan verir. "Bumeranq" maşınların ailəsi mobillik, təhlükəsizlik, atəş gücü və idarə edilməsinin imkanlarına görə öz sinifinin bütün məhsullarını geridə qoyur.
Hərb elmlər namizədi ekspert Sergey Suvorovun dediyinə görə, yeni texnikanın yaradılması haqqında məlumat ilk növbədə bu təkərli platformanın imkanlarını göstərmək üçün nəzərdə tutulub.
""Bumeranq"ın qülləsinə hər hansı bir ağır növ silah, hətta güclü bir topda qoyula bilər - şassi buna imkan verir", - deyə o bildirib
"Vətən arsenalı" jurnalının baş redaktoru Viktor Muraxovski qeyd edib ki, "Bumeranq" özüyeriyən "Sprut-SDM1"də quraşdırılan 125-millimetrlik top ilə təchiz oluna bilər: "Mən maşınların döyüş bölməsinin ölçülərinin eyni olduğuna görə bu topların da "Bumeranq"a qoyula biləcəyini istisna etmirəm. "Sprut" və " Bumeranq" təxminən eyni çəkidədir". Ekspertin sözlərinə görə, bu döyüş bölməsinin "Bumeranq"a inteqrasiyası üzrə eksperimental və dizayn işləri iki-üç il ərzində həyata keçirmək olar.
Özüyeriyən tank əleyhinə qurğu 2S25 "Sprut-SD"
Suvorov öz növbəsində bildirir ki, BTR-90 Rusiya ordusunun silahlanmasına qəbul edildiyi zaman təkərli bir tank yaratmaq ideyası mövcud idi. Onun sözlərinə görə, yükgötürmə qabiliyyətinə görə ona güclü bir top yerləşdirmək mümkün idi, perspektivdə isə "Sprut" qülləsini top ilə birgə yerləşdirmək qərara alındı, bu isə təkərli tank demək idi.
Sergey Suvorov: "2A46 topu "Sprut" üçun uyğunlaşdırarkən qüllənin topun geri təpməsi anında, topla birlikdə korpusdan ayrılmasını önləmək üçün "təpmə əleyhinə qurğu"dan istifadə etdilər. Yeni qurğularda Qərbdəkilərdən fərqli olaraq ağız əyləcindən istifadə edilmədi. Burada hər şey qurğunun öz hesabına baş verirdi".
Haşiyə: "Sprut" haqqında
2S25 "Sprut-SD" baza modeli- tank əleyhinə təyyarələrdən paraşüt ilə endirilə bilən 125 mm çaplı tank əleyhinə özüyeriyən topdur. Bu texnikaılar hava desant qoşunlarının, dəniz piyadaları və xüsusi təyinatlı qüvvələrdə istifadə üçün nəzərdə tutulub. "Sprut-SD" döyüş nəqliyyat vasitələrinin hidropnevmatik asqısı kobud yolsuz ərazilərdə 70 km / saata qədər sürətlə hərəkət imkan verir. Bu hərbi vasitə 2000-ci ilin ikinci yarısında silahlanmaya qəbul edilib.
Yolların sahibi
Bu tip təkərli və tırtıllı platformaların üstünlükləri və mənfi cəhətləri haqqında danışan Muraxovski qeyd edir ki, təkər bazalı ağır çəkili texnikalar adətən böyük təmirarası resurslara, aşağı istismar xərclərinə, mülki aqreqatlarla eyni aqreqatlara malikdir və üzə bilirlər. Tırtıllı texnikaların isə istismarı bahadır, ağırdır, təmirarası resursu qısadır, lakin keçmə qabiliyyəti və qorunması daha yüksəkdir.
Sergey Suvorov: "Belə bir maşın anti-terror bölmələri üçün atəş dəstək vasitəsi kimi də istifadə edilə bilər. Buna tez-tez ehtiyac yaranır. Bu olan halda yüksək hərəkətliliyə malik təkərli tank ictimai yollardan istifadə edərək tez bir zamanda xüsusi bölmənin köməyinə gələrək atəş dəstəyini göstərə bilər. Bu isə hərəkətliliyin və yüksək atəş gücünün birləşməsi deməkdir".
"Bumeranq" ailəsinin maşınları avtomobil yolunda 100 km/saatdan çox, yolsuzluq şəraitində isə ən azı 50 km/s sürətlə hərəkət edə bilir. Müqayisə üçün: BTR-82A bu göstəricilər uyğun olaraq 80 və 40 km/saatdır.
Məlumdur ki, poliqonda ilkin sınaqlar zamanı hərbçilər "Bumeranq"la asfalt yolda 105 km/s qədər surət toplaya bildilər. Yolsuzluqda isə 70-80 km/saat surətlə hərəkət edən təkərli tankın ballast yüklərlə çəkisi 34 tona qədər çatdırıldı.
Maşında ayrı bir çərçivədə zirehli korpusda yerləşən güc monobloku var. Bloku təmir etmək və ya xidmət göstərmək üçün onu tamamilə maşından kənara çıxarmaq mümkündür. Bu isə hərbi texnikalar üçün döyüş meydanında çox vacibdir. Bənzər bir sistem "Armata" tankında istifadə olunur.
Bütün bunlar Avropadan başladı
Suvorovun sözlərinə görə, təkərli bir tank yaratmaq zərurəti zamanla və dünyada gedən silahlı münaqişələrin xarakteri ilə diktə olunub. Böyük miqyaslı müharibələrdə belə maşınlara ehtiyac olmur. Kiçik yerli münaqişələrdə və antiterror əməliyyatlarında təkərli tankların istifadəsi T-72, T-80, T-90 və ya yeni "Armata"lardan daha aktualdır.
Sergey Suvorov: "İlk dəfə belə təkərli tanklar müstəmləkəçi müharibələrin getdiyi ölkələrdə, yolsuzluqdan daha çox normal yollardan istifadə edildiyi ərazilərdə ortaya çıxdı".
"Sprut" - ilk növbədə üzən, o cümlədən havadan endirilə bilən yüngül və tırtıllı tankdır. Lakin əməliyyat mobilliyi və manevr, ictimai yolların istifadə baxımından müəyyən problemlər mövcuddur, bu baxımdan zirehli təkərli vasitələr daha çevik və daha uyğundur.
Sergey Suvorov: "1999-cu ildə BTR-80-dən istifadə edərək, Kosovoda desant bölmələrinin məşhur yürüşünü hamı xatırlayır. Axı, onlar BMD-də deyil, BTR-də əməliyyata yollandılar. Beləliklə Priştinada qəfil görünən əsgərlər fərqli planları olan qərb generallarını çaş-baş qoya bildi".
BTR-90
Bu hadisədən sonra ABŞ-da bu sinfə məxsus təkərli nəqliyyat vasitələri görünməyə başladı. Məsələn, "Stryker" təkər bazasında aşağı intensivlikli münaqişələrdə istifadə üçün nəzərdə tutulan M1128 MGS (Mobile Gun System) yaradıldı. 2000-ci illərin əvvəllərində ABŞ ordusunun yüngül piyada briqadalarının texnika parkının yaradılması zamanı üstünlük 12.7 mm pulemyotlarla təchiz edilən M1126 ZPD-lərin baza modelinə verildi. Atəş dəstəyini isə 105-mm M68A2 topu ilə təchiz edilən M1128 MGS özüyeriyən artilleriya qurğusu təmin etməli idi. Hər "Stryker" ZPD ilə təchiz olunan tabora 9 ədəd M1128 MGS ibarət bir batareya atəş döyüş dəstəyi verəcək.
"Kentavr" uyğunlaşmadı
Beş il bundan əvvəl RF-nın Müdafiə Nazirliyi Silahlı Qüvvələri İtaliyanın təkərli "Kentavr" tankları ilə təchiz edilməsi məsələsini nəzərdən keçirirdi, lakin məsələ sınaqlardan o tərəfə keçmədi.
İki təkərli tankın sınaqları 2012-ci ildə başlandı və Rusiya Federasiyası Müdafiə Nazirliyinin Tədqiqat İnstitutunun Moskva yaxınlığında yerləşən Kubinka sınaq poliqonunda aparıldı. Bu təkərli tanklardan biri 105 mm, digəri isə 120 mm top ilə təchiz olundu. 2013-cü ilin yanvar ayında satın almadan imtina olundu və müqavilə dayandırıldı. Rusiya Quru Qoşunlarının o vaxtkı Baş Komandanı general-polkovnik Vladimir Çirkinin qeyd etdiyi kimi, "bu döyüş maşınlarının müəyyən üstünlükləri var, lakin bir çox mənfi cəhətləri də var: onlar hədsiz reklam olunur - bir çox parametrlər isə uyğun gəlmir".
İtalyanın təkərli tankı - "Kentavr" (Centauro) İctimai mənbələrə görə, "Kentavr" 25 ton çəkisi ilə 105 mm çaplı silah ilə təchiz olunaraq 100 km/saat sürətlə hərəkət edə bilir. Ehtiyat gediş məsafəsi 800 km- dir. Ekipajda üç nəfər var. Ekspertlər bu maşınların yüksək manevr və yaxşı idarəetmə qabiliyyətinə malik olduğunu qeyd edirlər, lakin onların zirehi yalnız böyük çaplı pulemyotların atəşindən qoruyur. "Kentavr" istehsalçıları təkərli tankının topu köhnə əsas tankların atəş enerjisinə bərabər atəş gücünü təmin edir.
"Eurosatory 2016" sərgisində "Kentavr II" MGS 120/105 yeni təkmilləşdirilən versiyada təqdim olundu. Yenilənən maşının əsas silah növü 105-dən 120 mm qədər artırıldı.
Tanklar Iveco - Oto Melara konsorsiumu tərəfindən istehsal olunur. Maşınlar İtaliya, İspaniya və Omanın silahlanmasında mövcuddur. Yugoslaviyada, Somalidə və İraqda istifadə edilən "Kentavr"lar BMT-nin Livan kontingentinin bir hissəsi olaraq da istifadə edilib. Eyni zamanda, Balkanlarda sülhməramlı əməliyyatlarda iştirak edən maşınlar isə əlavə zirehlə təchiz olunurdu.
Ekspertlər bildirirlər ki, bu texnika xüsusilə maraqlıdır, çünki belə platformaların inkişafı Sovet dövründə aparılmasına baxmayaraq, Rusiya ordusunda da bu sinifdə maşınlar olmayıb.
Unudulan sovet "Jalo"su
İlk dəfə 1920-ci illərdə yüngül təkərli tank yaratma ideyası ortaya çıxdı, lakin onun reallaşması 20-ci əsrin ikinci yarısında həyata keçirildi. Bu sinifin ilk seriyalı maşını 1970-ci illərin əvvəllərində yaradılan Fransız zirehli maşını AMX-10RC oldu. Konsepsiyaya yaxınlığı ilə Almaniyanın ağır zirehli avtomobili Sd.Kfz.234/2 "Puma" seçilirdi.
"Jalo-S" 1970-ci illərdə Sovet İttifaqında təkər bazasına tank əleyhinə 85 mm top quraşdırmaq cəhdləri edilib. BTR-70 zirehli personal daşıyıcısı bazasında "Jalo-S" layihəsi üzrə işlər "Burevestnik" Mərkəzi Araşdırmalar İnstitutunda (müəssisə müxtəlif artilleriya və minaatan silahlar hazırlayırdı) həyata keçirilirdi.
Bu silah, dünyanın ilk özüyeriyən topu idi ki, döyüş dəstində zirehdələn pərli alt kalibrli mərmidən istifadə edirdi. Bununla yanaşı zirehə nüfuz etmə nəticələri qənaətbəxş deyildi, geri təpmə güçlü idi, maşının böyük ölçüləri və atəş zamanı qeyri-sabitlik müşahidə olunurdu. Nəticədə işlər dayandırıldı. Hazırda, texnikanın yeganə nümunəsi Moskva yaxınlığındakı Kubinka rayonunda yerləşən Zirehli Silahlar və Texnikaların Mərkəzi Muzeyində eksponat kimi nümayiş olunur.
Müasir Rusiya ordusunda, böyük çaplı topları daşıyan tırtıllı zirehli nəqliyyat vasitələrinə üstünlük verilir. Yeni 2S25 "Sprut-SD" özüyeriyən tank əleyhinə zirehli texnikasını da tırtıllı bazada hazırlayıblar. Lakin, hərbi ekspertlər fikrincə, Rusiyada yaradılan "Bumeranq" platformasının potensialı unikaldır və hələ də tam açıqlanmayıb.
Hərbi sənaye kompleksinin baş direktoru Aleksandr Krasovitski: ""Bumeranq" mühəndislik düşüncəsinin üst səviyyəsidir. Onları texniki təkmilləşdirilmə səviyyəsinə görə kosmik texnologiya hesab edənlər də mövcuddur. Məsələn, yuxarı yarımkürənin qorunması var. Maşın uzaqdan idarə oluna bilər. Yəni demək olar ki, bu bir robotdur. Onlar yüksək dəqiqlikli silahlardan qorunmaq üçün məhv edilə bilməyən ciddi mühafizə kompleksləri ilə təchiz olunurlar".
"Bumeranq" bazasında təkərli bir tankın yaradılması hərbi yeniliyə çevriləcək və xarici analoqlarını ciddi şəkildə geridə qoyacaq. Həqiqətən, yaxın keçmişədək təkərli şassidə yüksək keçiciliyi, atəş gücü və təhlükəsizliyi təmin olunan maşının yaradılması, yerinə yetirilməsi mümkün olmayan çox çətin bir vəzifə hesab olunurdu.
Məlumat Roman Azanovun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev Ordu.az