Ordu.az Navyrecognition.com nəşrinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Naqasakidə “Mitsubishi Heavy Industries” şirkətinin tərsanəsində “JS Asahi” esminesinin Yaponiya hərbi donanmasının tərkibinə daxil edilməsi mərasimi keçirilib.
“JS Asahi” esminesi 255DD tipli iki esminesdən birincisidir. İkinci esmines “JS Shiranui” isə donanmaya 2019-cu ilin mart ayında təhvil veriləcək.
“JS Asahi” raket esminesidir, lakin onun əsas ixtisaslaşması sualtı əməliyyatlardır. Gəmi 151 metr uzunluğa malikdir, onun su basma göstəricisi isə 5100 ton təşkil edir. Esminesin əsas silahlaı hava hücumundan müdafiə və raket əleyhinə müdafiə silahları, həmçinin torpedalar olacaq. Qeyri-rəsmi məlumatlara görə, gəmi AEGİS sistemi ilə də təchiz edilib.
Ağalar Qəribov
Ordu.az