"Soratnik" vs "Naxlebnik": Döyüş robotlarının qış testi (FOTOLAR+VİDEO)

2018/03/1_1520840237.jpg
Oxunub: 2027     15:41     12 Mart 2018    
Silah və texnikaların perspektiv modelləri silahlanmaya qəbul edilməzdən əvvəl müxtəlif iqlim şəraitində yoxlamalar da daxil olmaqla, tam sınaq dövründən keçməlidir. Qışın gəlişi dəyişən landşaftlarda yeni sistemləri aşağı hava temperatuplarında sınaqdan keçirməyə imkan verir. Bir qədər əvvəl "Kalaşnikov" konserni bir sıra yeni silah və avadanlıqlarının, o cümlədən iki robot kompleksinin qış sınaqlarını həyata keçirdi.

Martın 6-da "Kalaşnikov" konserni aşağı temperatur şəraitində sistemlərin çalışmasını yoxlamaq məqsədi ilə avadanlıq və silah son testləri haqqında məlumat dərc etdi. Şirkət son hadisələrin qısa təsvirini dərc edərək ictimaiyyətlə foto və videolar da paylaşıb. Konsernin mətbuat xidmətinin məlumatı son sınaqların gedişində mütəxəssislərin nə etdiklərini və hansı vəzifələrin üzərində işlədiklərini dəqiq göstərdi.


"Soratnik" poliqonda

Məlumatda bildirilir ki, şəhərətrafı poliqonların birində "Kalaşnikov" konserninin ekspertləri ordu və təhlükəsizlik qüvvələri üçün müxtəlif məhsulların bir sıra sınaqlarını həyata keçirib. Testlərdə uzaqdan idarə olunan PPDU portativ platforması, döyüşçülər üçün müxtəlif avadanlıq, geyim və təchizat nümunələri, motosikl nümunələri, "Turist" kiçik baqqisi (yolsuzluq şəraitində irəliləmək üçün nəzərdə tutulan kiçik ölçülü, yüngül avtomobil – red.) və s. təqdim olundu. Sınaq proqramında "Soratnik" və "Naxlebnik" avtomatlaşdırılmış döyüş sistemlərinə xüsusi diqqət yetirilirdi.

Son hadisələrin qısa xülasəsinə sınaqların seçilən anlarından ibarət bir videoklip əlavə olunaraq nümayiş etdirildi. Aydın səbəblərə görə, bu, klip-reklam tərzində hazırlanıb, lakin bu formada da böyük marağa səbəb oldu. İzləyicilərə robot komplekslərinin qarda hərəkət edə biləcəyini və aşağı temperaturda çalışa biləcəyini göstərdilər. Həm də ümumi döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı avtomatlaşdırılmış sistemlərin insanlarla qarşılıqlı əlaqələri nümayiş etdirildi. Robotların silahlarından istifadə edilməsi də xüsusi maraq kəsb etdi. Şərti düşmənin olduğu tikiliyə hücum həyata keçirən bu maşınlardan biri reaktiv silahdan, digər sistemisə pulemyotdan istifadə etdi.



Son illərin bütün yeni məhsulları arasında, bu yaxınlarda qış şərtlərində test olunan "Soratnik" və "Naxlebnik" avtomatlaşdırılmış döyüş sistemləri mütəxəssislərin böyük marağına səbəb oldu. Bu məhsullar uzun müddət əvvəl təqdim olunduğu üçün tamamilə yeni deyil. Eyni zamanda, onlar hələ də diqqəti cəlb edirlər və onların inkişafı hərbi və yaxud digər ictimaiyyəti maraqlandırmaya bilməz.

Mexaniki "Soratnik"

"Soratnik" avtomatlaşdırılmış döyüş sistemi (ADS) layihəsi bir neçə il əvvəl hazırlanıb, bu tipli hazır nümunələri ilk dəfə "Ordu 2016" hərbi-texniki forumu çərçivəsində nümayiş etdirilib. Layihə müxtəlif növ silah və ya xüsusi avadanlıqların quraşdırılmasına uyğun orta ölçülü özüyeriyən tırtıllı platformanın yaradılmasını nəzərdə tuturdu. Layihənin inkişafı Müdafiə Nazirliyinin tapşırığına əsasən "Kalaşnikov" konserninin mütəxəssisləri tərəfindən aparılırdı.

"Soratnik" sisteminin əsasını çoxməqsədli tırtıllı şassi təşkil edir. Yüngül zirehlə təchiz olunan bu maşın daxili yanma mühərriki və mexaniki ötürülmə ilə təchiz edilib. Tırtıllı şassisi hər tərəfdən beş kiçik diametrli dayaq təkərləri ilə təchiz olunub. Dayaq təkərləri müstəqil torsion asqıya malikdir, hər tərəfdən ikisi isə əlavə amortizatorlardan istifadə edirlər.


"Soratnik" ADS-in korpusunda başlanğıcda nəzarət kameralarının və videokameraların yerləşdirilməsi üçün bir neçə böyük örtükdən istifadə olunurdu. Yaxın zamanda nümayiş olunan prototipin ən son versiyalarında, böyük zirehli parçaların yerinə daha kiçik ölçülü detallar quraşdırıldığı məlum oldu. Bu dəyişiklik müşahidə sistemlərinin imkanlarının azalmasına səbəb olmadı. Video kameralardan gələn siqnal radio vasitəsilə operatorun konsoluna ötürülür. İki tərəfli kanallarla güc qurğusuna və transmissiya komandalar verilir.

Zirehli avtomobil korpusunun damında bu və ya digər qurğunun quraşdırılması üçün yer var. Əvvəlcə "Soratnik" ADS düşmənin canlı qüvvəsini, avadanlıqlarını və mühafizəsiz binalarını məhv etmək üçün yüngül piyada silahların daşıyıcısı hesab olunurdu. Bu baxımdan, kompleks daim təyinatına uyğun döyüş modulları ilə nümayiş etdirilirdi. "Soratnik"ın piyadalarla qarşılıqlı əlaqədə fəailiyyəti görünən son sınaqlar da istisna olmadı.

Bu dəfə avtomatlaşdırılmış döyüş sistemi kiçik silah yerləşdirilən bir qüllə qazandı. Yeni modulun maraqlı bir xüsusiyyəti də əlavə qalxandan istifadə etməsi idi. Kompleksdə optik-elektron vasitələrin quraşdırılması üçün nəzərdə tutulan modulun əsas hissəsinin qarşısında, ön yarımkürədən və yan tərəfdən ola biləcək hücumlardan müdafiəni təmin edən mürəkkəb formalı zirehli bir qalxanla təchiz olunub. Pulemyot və optik blok, ön təbəqə lövhəsinin yuxarı kəsiyinin üstündə yerləşir.


İnsanların və robotun birgə fəaliyyəti

Qış testlərindən keçən döyüş modulunun solunda, optik-elektronik avadanlıqların qorunan bloku yerləşir. Ön divardakı bir neçə linzanın görünməsi operatorun sərəncamında videokamera, istilik (termal kamera) görüntüləyicisi və atəşi idarəetmə sistemi ilə qarşılıqlı əlaqədə olan lazer məsafəölçəninin olduğunu göstərir.

Son sınaqlardan keçmək üçün "Soratnik" ADS müxtəlif döyüş vəzifələrini yerinə yetirməyə imkan verən bir sıra fərqli silahlara sahib olub. Döyüş modulunda PKTM silahı quraşdırılıb. Mərkəzdə isə AQ-17A avtomatik qumbaraatanı yerləşir. Bu silahların köməyi ilə sistem güclü müdafiə edilməyən müxtəlif hədəflərlə mübarizə apara bilər.

"Soratnik" konfiqurasiyasına əsasən 7 tona qədər döyüş kütləsinə malik ola bilər. Mövcud güç qurğusu avtomobil yolunda 40 km/s-ə qədər sürətlə hərəkət etməyə imkan verir. Maşının hərəkət radiusu 10 km ilə məhduddur (?). Eyni zamanda, kompleksin fəaliyyət göstərdiyi ərazi radiosiqnalların ötürülməsinə mane olmamalıdır.


Bu və ya digər tapşırıqları həll edən "Soratnik" robot kompleksi müstəqil və ya insanlarla birlikdə fəaliyyət göstərə bilər. Belə ki, son qış testləri zamanı avtomatlaşdırılmış sistem binaya hücumu dəstəklədi. Zirehli korpusu ilə döyüşçüləri qoruyan ADS öz silahlanmasından da istifadə etdi. Beləliklə, ADS kəşfiyyatçı, zərbə maşını, piyadaları müşayiət edən və ya dəstəkləyən funksiyaları yerinə yetirə bilər.

Faydalı "Naxlebnik"

"Naxebnik" robot kompleksi fərqli şəraitdə müxtəlif funksiyaları yerinə yetirə biləcək avtomatlaşdırılmış döyüş sisteminin başqa bir variantıdır. Bu maşının "Soratnik"dən əsas fərqi azalan ölçüsü və çəkisidir. Bunun sayəsində yeni kompleks daha böyük bir maşına əlavə olaraq da istifadə edilə bilər. Müxtəlif xüsusiyyətlərə malik iki ADS-in birgə tətbiqi müəyyən üstünlüklər yarada bilər.

"Naxlebnik" layihəsi bir neçə il bundan əvvəl başlayıb, lakin real nəticələr əldə edilə bilmirdi. Ötən ilin fevral ayında "Kalaşnikov" konserni Müdafiə Nazirliyinin növbəti sərgisində bu avadanlıqların prototipini nümayiş etdirdi. Prototip çoxlüləli pulemyot ilə təchiz olunan döyüş modulu ilə birlikdə nümayiş olundu. Sonradan layihə tam başa çatdırıldı və indi avtomatlaşdırılmış sistemlər digər silahları da daşıya bilir.


"Naxlebnik" hədəfə hücum edir

Keçən ilin may ayında "Kalaşnikov" konserninin rəhbərliyi "Naxlebnik" layihəsinin məqsəd və vəzifələrini aydınlaşdırdı. Bu layihə bir eksperiment olaraq tərtib edilib və müxtəlif texniki həllərin sınaqdan keçirilməsi üçün nəzərdə tutulub. Əsas məqsədlərdən biri də kiçik ölçülü avadanlıqlarda mexanizmlərin daha sıx yerləşdirilməsi imkanlarının yeni variantlarını öyrənməkdən ibarət olub. Sınaqlar uğurla sona çatdı və lazımi məlumatları əldə etməyə imkan verdi. "Naxlebnik" üzərində əldə olunan yeni məlumatların dərhal digər layihələrdə də tətbiq olunduğu iddia edildi.

"Naxlebnik" ADS bazası "Sotratnik"də olduğu kimi özünün güc qurğusu, hərəkətli hissəsi və əlaqəli idarəetmə sistemləri olan çoxsəviyyəli tırtıllı platformadır. Bundan başqa, hər iki layihəli maşınların kiçik silahların güllələrindən qorunması üçün zirehlənmədən istifadə etməsi də oxşardır. İdarəetmə operator konsolunda hər iki tərəfli qorunan radio kanallar vasitəsilə video siqnalların və komandaların ötürülməsinin köməyi ilə həyata keçirilir. Kiçik bir tırtıllı platforma zəif gücə malik daxili yanma mühərriki ilə təchiz olunub və "Soratnik"dən hərəkətli hissənin quruluşuna görə fərqlənir. Bu dəfə korpusun hər tərəfində yalnız dörd dayaq təkəri var. Asqı müstəqildir, balans və yaylar uzərində qurulub. Hərəkətli hissədə ön dayaq təkərləri aparıcı, arxa dayaq rəkərləri isə dəstək rolunu oynayır.


Reaktiv qumbara ilə atəş

Başlanğıcda "Naxlebnik" sistemi 1968-ci ildən istehsal edilən 4 lüləli QŞQ-7,62 pulemyotu ilə təchiz edilən uzaqdan idarə olunan döyüş modulu ilə nümayiş etdirildi. Belə bir modul, hərəkət edən pulemyotların quraşdırılması üçün xarakterik və çoxtinli formaya malikdir. Sol tərəfdə optik-elektronik blok, sağda isə mərmi lentləri üçün qutu yerləşir. Son testlər zamanı kompleks dəyişikliyə məruz qaldı. Döyüş modulunun üst hissəsində hər birinə iki reaktiv qumbara bərkidilən bir cüt dayaq quraşdırıldı. Modellərin çox sadə olmasına baxmayaraq modulun son dəyişikliyi maşının atəş gücünü yüksək dərəcədə artırdı.

Videoda "Naxlebnik" ADS-in pulemyot-qumbaraatan kombinə edilən silah modulu ilə potensialı aydın şəkildə göstərildi. Robot atəş xəttinə çıxır və daş binaya qumbaraatandan atəş edir. Qumbara divarda dəlik açdıqdan sonra partlayır. Divarın bir hissəsi dağılır və "döyüş meydanı" üzərində duman, toz, qar və buxar buludları yüksəlir.

Daha böyük "Soratnik"dən fərqli olaraq, nisbətən kompakt "Nahlebnik" nəşr edilən materiallardan görünür ki, poliqonda test zamanı yalnız müstəqil olaraq fəaliyyət göstərib. Avtomatlaşdırılmış döyüş sisteminin insanlarla birgə fəaliyyəti həyata keçirilməyib. Bununla belə, videoda yerüstü texnologiyalın PUA-lardan əldə edilən hava kəşfiyyat məlumatlarından istifadə edərək fəaliyyət göstərdiyi aydın görünür.

Avtomatlaşdırılmış perspektivlər

2016 və 2017-ci illərdə "Kalaşnikov" konserni tərəfindən hazırlanan "Soratnik" və "Naxlebnik" avtomatlaşdırılmış döyüş sistemləri ictimaiyyətə təqdim edildi. Ötən müddət ərzində onlar yetərincə şöhrət qazanmağa müvəffəq oldular, həmçinin inkişaf etməkdə davam etdilər. Layihələrin mükəmməl səviyyəyə gətirilməsi ilə yanaşı, müxtəlif testlər də aparılır. Son məlumatlara görə, bir müddət əvvəl texnikaların aşağı temperaturda qalın qarla örtülü ərazidə növbəti testləri uğurla həyata keçirilib.


Atəş nəticəsində divar dağıdılıb

Texnologiyanın yeni modellərinə dair işlər davam edir və ola bilər ki, gələcəkdə avtomatlaşdırılmış döyüş sistemləri qoşunların silahlanması və istismarı üçün qəbul edilmə səviyyəsinə çatsın. İstehsalçı şirkət döyüş robot sistemlərinin digər modellərini də yaratmağı planlaşdırır. Hələ keçən ilin baharında mövcud texniki həllər əsasında çəkisi təxminən 20 ton olan yeni ADS layihəsi yaradılması barədə xəbərləri yayıldı. Bu xüsusi layihənin hazırkı uğurları hələ də açıqlanmayıb. Bəlkə də real nəticələr haqqında ilk məlumatlar yaxın gələcəkdə görünəcək. "Ordu-2018" forumunda yeni tipli eksperimental texnikanın ilk nümayişinin keçiriləcəyi istisna olunmur.

Bu və ya digər silahlar və avadanlıqlarla təchiz edilən uzaqdan idarə olunan döyüş vasitələri hərbi texnika sahəsində yeganə aktual ənənə deyil. Belə sistemlər bir sıra xarakterik üstünlüklərə malikdir və silahlı qüvvələr üçün böyük marağa səbəb olur. Rusiya müdafiə sənayesi bu günə qədər bir sıra nümunələr yaradıb və inkişaf prosesi davam edir. Yaxın gələcəkdə ən azı avtomatlaşdırılmış döyüş sistemlərinin bəzi nümunələri ordunun silahlanmasına daxil olmalıdır. Bəlkə də, onların arasında yaxınlarda qış mövsümündə sınaqlardan keçən "Soratnik" və "Naxlebnik" də olacaq.

Yazı Ryabov Kirilin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Soratnik   Naxlebnik   Döyüş-robotları  


Bizi "telegram"da izləyin