Rusiyada “amfibiya” avtomat hazırlanıb

2018/03/received_2491632227729597_1520619131.jpeg
Oxunub: 3380     02:08     10 Mart 2018    
Tulada 5,45 kalibri xüsusi, iki təyinatllı ADS avtomatı seriya istehsalına hazırlaşır.

Ordu.az Tech.onliner.by saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

ADS həm Rusiya ordusu, həm də ixrac məqsədlərilə istehsal ediləcək.

Yeni avtomat quruda 600 metrədək məsafədə tək və avtomatik atəşin açılması təyinatlıdır, suyun altında isə 25 metrədək məsafədə atəş açmağa qadiridr.

Atəşin tempi dəqiqədə 900 atış təşkil edir. Xəzinəyə 30 güllə yerləşir, avtomatın çəkisi isə quraşdırılan qumbaraatanla birgə 4,82 kiloqram təşkil edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Amfibiya   Avtomat  


Bizi "telegram"da izləyin