Afrində "Akkor Pulat": Ankara Suriyada qüvvələrin tarazlığını dəyişdirəcək – Hərbi ekspert (ANALİZ)

2018/03/0x0-turk-silahli-kuvvetleri-bu-fotograflari-paylasti-1506758463266234234_1520600508.jpg
Oxunub: 4352     21:03     09 Mart 2018    
Aparıcı Qərb və Rusiya analitik agentliklərinin əsas diqqəti, "Pələng gücü"nün Rusiya Aerokosmik Qüvvələrinin taktiki təyyarələrinin dəstəyi ilə Şərqi Qutada "Ən-Nusra" və "Azad Suriya Ordusu"na qarşı uğurlu hücum əməliyyatlarına yönəldi. Suriya üçün az vacib olmayan döyüşlər Afrində də davam edir. Suriya hakimiyyətinin nəzarət edə bilmədiyi Hələb vilayətində "Zeytun Budağı" əməliyyatı çərçivəsində TSQ YPG terror qruplaşmasının nəzarətində olan Afrinın yarısını azad edib. Suriya Ordusu əraziyə 5-ci hücum korpusunu yeritməyə cəhd etsə də elə ilk gündə TSQ artilleriyası onları ərazini tərk etməyə məcbur etdi. Türkiyə Kilis və Hatay istiqamətlərindən modernləşdirilən tank bölmələrini Afrinə son həlledici hücum üçün yeritməkdə davam edir.

Modernləşdirmə dedikdə söhbət Türkiyənin M60T "Sabra MK 1/2" əsas döyüş tanklarına "Akkor Pulat" aktiv müdafiə kompleksi (AMK) modulunun inteqrasiyasından gedir. Türkiyənin Müdafiə Sənayesi nazirinin müavini İsmail Demir özünün "Twitter" səhifəsində "Akkor Pulat" aktiv müdafiə kompleksinin bütün sınaq mərhələsini uğurla başa vurduğunu və silahlanmaya qəbul edilmək üçün tam hazır olduğunu bildirdi. Görünür ki, "Zeytun Budağı" əməliyyatının ilk günlərində Afrinin yüksək dağlıq ərazilərində heç bir aktiv sistem ilə təchiz olunmayan "Leopard-2A4" və "Sabra" tanklarından istifadənin acı nəticələrindən dərs alan Türkiyənin Baş Qərargahı vəziyyəti kökündən dəyişmək qərarına gəlib.

Müdafiə Sənayesi Nazirliyi ilə "ASELSAN" arasında imzalanan 54 milyon avroluq müqavilə ilə ilk milli tank "ALTAY" üçün aktiv müdafiə sistemi (AKKOR) yaradılması nəzərdə tutulurdu. Yaradılan sistem texnika ətrafında 360 dərəcəlik "qoruyucu qalxan" əmələ gətirməli və universal kompleks olmaqla digər tank platformalarına da quraşdılmağa yararlı olmalı idi.

"Akkor Pulat" aktiv müdafiə sistemi də çoxelementli "Koral" REM mobil kompleksini və keçid təyyarələrinin təchiz olunduğu "AselPOD" optik-elektron kəşfiyyat və hədəf-naviqasiya konteynerini istehsal edən Türkiyənin müdafiə sənayesi nəhəngi "ASELSAN" tərəfindən hazırlanıb. 1975-ci ildə təsis edilən Türkiyə şirkəti Rusiya və İsrail şirkətlərinin hazırladıqları analoji məhsullarla rəqabət apara biləcək məhsullar təqdim etməkdə davam edir. Hazırda "ASELSAN" Ukrayna mudafiə sənayesi mütəxəssisləri ilə geniş əməkdaşlıq edir. Son istehsal olunan "Akkor Pulat" aktiv müdafiə kompleksində də bu əməkdaşlığın izləri görünməkdədir. Ukraynada bu sistemlər "Zaslon-L" adı ilə, Polşanın "Şerşen" kompleksinin istehsalı üçün aldığı lisenziya əsasında hazırlanırdı.

Bundan başqa, tank informasiya və idarəetmə sistemlərinin türk tanklarına uyğunlaşma proqramı "Mikrotek" QP BSKT mütəxəssisləri ilə birgə həyata keçirilib. Bu və digər hərbi sahələrdə əməkdaşlıq haqqında razılıq Ərdoğanın oktyabr ayında baş tutan Ukrayna səfəri zamanı əldə olunduğu ehtimal edilir. Məhz bu səfərdən sonra kompleks qısa bir zamanda döyüş hazırlığına çatdırıldı.

"Akkor Pulat" kompleksi video təqdimatlarda göründüyü kimi mürəkkəb bir sistemdir. Yaxın zamanlarda Suriyada çoxsaylı tank əleyhinə vasitələrdən istifadə edilən əməliyyatlarda yeni məhsulun imkanlarının real nümayişinin şahidi ola bilərik.

İlk dəfə 2015-ci ildə "ASELSAN" tərəfindən "Akkor" aktiv müdafiə kompleksinin hazırlanması ilə bağlı bir sıra xəbərlər yayıldı. Bu məhsul Ukraynanın "Zaslon-L" və "Akkor Pulat" kompleksinin sələfi hesab oluna bilər. "Akkor" fərqli bir radiolokasiya və atəş arxitekturası üzərində hazırlanırdı. Bu kompleksdə TƏİR aşkar etmək üçün tank əleyhinə qumbara və ya tank əleyhinə idarəolunan raketləri aşkar etmək üçün yan tərəflərdə yerləşdirilən aktiv fazalı və hər yarımkürədə azimut görüntü zonasına sahib 4 tərəfli RLS-dən istifadə edilirdi. Radarlar 40 GHz tezliyində yüksək dəqiqlikli Ka-diapazonda fəaliyyət göstərir, bu isə 30 metrə qədər yaxınlaşan hədəfləri bir neçə santimetrə qədər dəqiqliklə müşayiət etməyə imkan verirdi.

"Akkor" Aktiv Müdafiə Kompleksi

Yaxınlaşan düşmən raketlərini məhv etmək üçün kiçik ölçülü idarəolunmayan ələkeçimə mərmilərindən istifadə edilir. Bu mərmilər radiolokasiya tipli partlayıcı ilə təchiz olunub. Dairəvi barmaqlıq anteni istiqamət diaqrammasını təyin edir. Partlayıcı element ələkeçirici mərmini hücum edən TƏİR-in bir neçə santimetrliyində işə salır.

"Akkor" aktiv müdafiə kompleksinin üstün cəhəti anten modullarının 45 dərəcə bucaq altında yerləşdirilməsi skan edilən şüa bücağını 90 dərəcəyə çatdırmağa, bu isə "təpə" rejimində hücuma kecən raketləri, o cümlədən FGM-148 "Javelin" raketlərini də məhv etməyə imkan verir.

"Akkor" kompleksinin işçi zonası -5 +45 dərəcəni əhatə edir. "Akkor" kompleksinin əməliyyat prinsipi K2 "Black Panther" tipli tankların təchiz edilməsi üçün nəzərdə tutulan İsrailın "Hetz Dorban" ("Iron Fist"), Cənubi Koreyanın "KAPS" ("Korean Active Protection System") kimi analoqları ilə eynidir.

RLS-in yüksək dəqiqliyi artilleriya mərmilərini də ələ keçirməyə imkan verir. 1450 m/s artıq sürətlə uçan müxtəlif zireh dələn mərmilərin (uran və ya volfram tərkiblilər xaric) ələ keçirilməsi və ya məhv edilməsi mümkün deyildi. Kompleks gizli şəkildə növbətçi rejimdə fəaliyyət göstərə bilir. Gözləmə rejimində gizli əməliyyat aparmaq üçün, buraxılan TƏİR alovunu 5 kilometr məsafədə passiv rejimində qeyə alan infraqırmızı uzun dalğalı və ya ultra bənövşəyi sensorlar ilə sinxronlaşdırma aparmaq mümkündür. "Akkor" daha çox inkişaf edən bir kompleks olmasına baxmayaraq, real atəş sınaqlarına çatdırılmadı, lakin onun mütərəqqi ideyalarını şirkət yeni yaradılan "Akkor Pulat" aktiv müdafiə kompleksində tətbiq etdi. Onların texniki xüsusiyyətlərinin bəzi elementlərinin də uyğun gəldiyi ehtimal edilir. İsrail, ABŞ, Rusiya, Polşa və Ukraynada da aktiv müdafiə sistemləri istifadə olunur. Türkiyədə istehsal olunan yeni "Akkor Pulat" sisteminin tam texniki göstəriciləri açıqlanmır və bu Ankaranın indiki vəziyyətində anlaşılandır. Lakin müxtəlif mənbələrdən əldə edilən məlumatlara əsaslanaraq kompleksə aid bəzi qənaətlərə gələ bildik. "Akkor Pulat" sisteminin ustün cəhətləri siyahısına aşağıdakıları aid etmək olar:

1. Universaldır, digər zirehli vasitələrə də quraşdırıla bilər
2. Texnikanı hər tərəfdən 360 dərəcə qoruyur
3. Hava və təbiət hadisələri kompleksin fəaliyyətinə təsir etmir
4. Hücum edən raketləri minimal qısa müddətdə ələ keçirir
5. Kompleksin atdığı raketlər üzərindəki sensorlar (digər komplekslərdə bu funksiya yoxdur) hədəflərin zəmanətli məhvinə imkan verir
6. Kiçik sensorlar RLS funksiyalarını həyata keçirə bilir
7. Eyni zamanda bir neçə təhdidlə mübarızə apara bilir
8. Lazer və termal raketlərə qarşı effektivdir
9. Hərbi əməliyyatlarda iştirak edəcək ilk aktiv müdafiə kompleksi olacaq

"ASELSAN"ın digər layihələri

Dəyişən regional və qlobal şərtlər çərçivəsində əsas döyüş tanklarının savaş meydanında əhəmiyyətinin davam etdiyi bir vaxtda təməli daha əvvəllər "ASELSAN" tərəfindən qoyulan və " Leopard- 1" tanklarında tətbiq olunan atəşi idarəetmə sistemi nümunələri daha da inkişaf etdirilərək üstün səviyyədə hərbi silah kompleks və sistemlərin yaradılmasına səbəb oldu. Yeni elektron, elektron-optik, elektrik-mexaniki və elektron-hidravlik sistemlərin inkişafı və inteqrasiya etmə qabiliyyətinə malik sistemlər "Leopard-2", M60 və "Altay" tanklarında tətbiq olunmağa başladı.

ASELSAN tank modernizasiya layihələrində, tanklardakı mövcud sistemlərin yeni inkişaf etdirilən son texnologiya məhsulu sistemlərlə dəyişdirilərkən dünyadakı digər əsas döyüş tanklarına görə daha yüksək göstəricilər nümayiş etdirməsi üçün səylərini davam etdirir.

ASELSAN hazırda tank sistemlərində lazer xəbərdarlıq sistemi, stabilizasiya sistemləri, avtomatik hədəf təqib imkanı, ilk atışdan zəmanətli məhvetmə, daha düzgün ballistik hesablama, dəqiq gecəgörmə cihazları və uzaqdan idarə olunan silah sistemləri, tanıma sistemi və s. istiqamətlərdə çalışmalarını davam etdirir. Ümid edirik ki, "ASELSAN" şirkətinin istehsalı olan aktiv müdafiə sisteminin Azərbaycan tanklarına tətbiq ediləcəyi gün uzaqda deyil.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Akkor-Pulat   TSQ   Afrin-əməliyyatı  

Afrində "Akkor Pulat": Ankara Suriyada qüvvələrin tarazlığını dəyişdirəcək – Hərbi ekspert (ANALİZ)

2018/03/0x0-turk-silahli-kuvvetleri-bu-fotograflari-paylasti-1506758463266234234_1520600508.jpg
Oxunub: 4353     21:03     09 Mart 2018    