“BAE Systems” MPF proqramı üçün təklif irəli sürüb

2018/03/82374523684523_1520581936.png
Oxunub: 1823     16:00     09 Mart 2018    
“BAE Systems” şirkəti mobil şəkildə müdafiə edilən atəş gücü (MPF – Mobile Protected Firepower) proqramı üzrə istifadə üçün piyada briqdasının döyüş qrupu üçün yeni maşını təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “BAE Systems” şirkəti məlumat yayıb.

“Bizim MPF maşınımız 30 ildən çox davam edən araşdırmaların nəticəsidir. Bizim təklifimiz özündə həm müasir texnologiyalar, həm də müasir təcrübə nəzərə alınmaqla hazırlanan silahlanma və zirehə malik maşını birləşdirir”, - deyə “BAE Systems” şirkətinin biznesin inkişafı bölməsinin direktoru Cim Miller bəyan edib.

O qeyd edib ki, şirkətin təqdim etdiyi maşın artan təhlüklərə qarşı keyfiyyətlə mübarizə aparmaq üçün ən münasib və müasir texikalardan biridir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAE-Systems   MPF  


Bizi "telegram"da izləyin