ABŞ HDQ qazla işləyən esmineslərinə hibridə çevirmə proqramını ləğv edib

2018/03/456456_1520581751.jpg
Oxunub: 2197     15:54     09 Mart 2018    
ABŞ Hərbi Dəniz Qüvvələri 34 ədəd esminesinə hibrid elektrikli yanacaq sistemi yerləşdirmə proqramını ləğv edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, donanmadan edilən açıqlamada sadəcə bir esminesin həmin texnologiya ilə təchiz ediləcəyi qeyd edilib.

Qeyd edək ki, 2018-ci il üçün büdcə layihəsində bu proqrama görə 6,3 milyon dollar ayrılsa da, 2019-cu il üzrə büdcə planında heç bir məbləğ qeyd olunmayıb.

Məlumata görə, proqramın ümumi məbləğin 356 milyon dollar olacağı ehtimal edilirdi və bu günə qədər donanma bu istiqamətdə 52 milyon dollar xərcləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Layihə  


Bizi "telegram"da izləyin