“Google” şirkətinin süni zəkası ABŞ-ın dron proqramında istifadə edilir

2018/03/4984613584813_1520423347.jpg
Oxunub: 2794     19:48     07 Mart 2018    
“Google” kompaniyasının süni zəka texnologiyaları ABŞ ordusu tərəfindən özünün dron layihələrindən biri üçün istifadə edilir.

Ordu.az “The Guardian”a istinadən xəbər verir ki, texnologiya nəhənginin “TensorFlow” süni zəka sistemi Pentaqonun “Maven” dron layihəsində istifadə edilir.

Məlumata görə, sözügedən proqram ABŞ dornları tərəfindən qeydə alınan görüntülərin analiz olunması üçün ötən ilin iyulunda başladılıb. Layihənin ilkin məqsədi maraq cəlb edən obyektləri aşkar edərək görüntüləyən və daha sonra həmin videoları analiz etməyə qadir süni zəka hazırlamaqdır.

“Google” şirkətinin mətbuat xidməti layihənin “TensorFlow”nu açıq mənbə təmin etmək məqsədilə ABŞ Müdafiə Nazirliyi ilə aparılan pilot layihə olduğunu açıqlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Google   Pentaqon  


Bizi "telegram"da izləyin