Rusiya QQ silahlanmaya yeni avtomatlar qəbul edib

2018/03/kalsh_io45345_1520408229.jpg
Oxunub: 2912     15:35     07 Mart 2018    
“Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları “Kalaşnikov” konserninin AK-12 və AK-15 avtomatları, Deqtyarev adına zavodun AEK-971 və AEK-973 avtomatlarının silahlanmaya qəbulunu rəsmi şəkildə təsdiqləyib”.

Ordu.az Ntv.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Quru Qoşunlarının baş komandanı, general-polkovnik Oleq Salyukov bəyan edib.

Salyukov qeyd edib ki, “Kalaşnikov” avtomatlarını Quru Qoşunları, Hava Desant Qüvvələri və dəniz piyadaları, Deqtyarev adına zavodun avtomatları isə Müdafiə Nazirliyinin xüsusi təyinatlılarının silahlanmasına yönəldiləcək.

“Yeni AK-12-nin sınaqları ötən ilin yayında yekunlaşıb. Artıq nəticələr məlum olduqdan sonra bu avtomatların silahlanmaya qəbulu barədə qərar qəbul edilib”, - deyə Salyukov bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kalaşnikov  


Bizi "telegram"da izləyin