İsrail təyyarə üçün yeni anti-raket texnologiyasını təqdim edib

2018/03/AA_1520355275.jpg
Oxunub: 2127     00:59     07 Mart 2018    
İsrail Aerokosmos Sənayesi İsrail təyyarələrini yer-hava raketlərindən müdafiə etmək üçün hazırladığı yeni elektron müharibə sistemini nümayiş etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ELL-8270 adı verilən yeni sistem İsrail Aerokosmos Sənayenin bir hissəsi olan ELTA tərəfindən hazırlanıb.

Məlumata görə, yeni sistem avtonom, yüngül çəkilidir və minimum pilot nəzarəti tələb edir. O, düşmən ərazisində hərəkət edən təyyarənin sağ qalma şansını artırır. Həmçinin, yeni sistem eyni zamanda çoxsaylı təhdidlərin öhdəsindən gələ bilər.

Yeni texnologiya hazırda istifadədə olan anti-raket sistemlərini əvəzləməyəcək və xüsusilə seçilmiş təyyarələrin müdafiəsində istifadə ediləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ELTA  


Bizi "telegram"da izləyin