“Comtech” ABŞ ordusu ilə yeni müqavilə imzalayıb

2018/03/received_2489282474631239_1520353299.jpeg
Oxunub: 2180     00:18     07 Mart 2018    
“Comtech Telecommunications” şirkətinin Komanda və Nəzarət Texnologiyaları qrupu ABŞ ordusu ilə 3 illik müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Məlumata görə, ümumi dəyəri 123,6 milyon dollar olan müqavilə çərçivəsində kompaniya ərazi personalına mobil peyk kommunikasiya imkanları təmin edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Comtech   Peyk  


Bizi "telegram"da izləyin