“Gələcəkdə 90-100 təyyarə və helikopterdən ibarət gəmi qırıcı aviasiya alayı yeni "Juk-AE" və "Juk- AME" RLS kompleksi ilə təchiz olunan perspektivli çoxfunksiyalı MiQ-29KUB təyyarələrini, həmçinin yeni Su-57 təyyarələrinin göyərtə versiyasını qəbul edə bilər”.
Bu versiyada Su-57 bir qədər ağır, şassisi isə gücləndiriləcək. Bu barədə Krılov Dövlət Elmi-Tədqiqat Mərkəzinin suüstü gəmilərin dizayn şöbəsinin müdiri Valentin Belonenko bildirib.
Belonenkonun ehtimalları həyata keçərsə, Su-57 ilk 5-ci nəsil ağır göyərtə çoxfunksiyalı təyyarə olacaq. "Lockheed Martin" və "Boeing" 1993 ildə "Raptor"un göyərtə modifikasiya layihəsi üzərində işləri dayandırdılar, əvəzində daha ucuz F/A-18E "Super Hornet "göyərtə qırıcılarını seçdilər. Əlamətdar olan odur ki, bu, "dənizləşən" Su-57 təyyarələri önündə Dünya okeanının uzaq yerlərində yerüstü və sahil hədəflərini vurmaq və uçuşa bağlı zonaların yaradılması baxımından yeni üfüqlər açacaq. Bu nailiyyətlər ABŞ-ın F-35 təyyarələrindən döyüş radiusunun 70-80 faiz çox olması sayəsində əldə olunacaq. Lakin bütün bu müzakirələr gələcəyi tam aydın olmayan bir layihənin "meyvələridir". Çünki hələ Rusiyanın müdafiə nazirliyi hələ də Su-57 təyyarələrinin göyərtə versiyasını hələ sifariş verməyib. Necə şifariş versin ki? Standart versiyası hələ indi uçuş sınaq mərhələsindədir. Əslində aviadaşıyıcı da hələ yoxdur.
Əslində, Şimal flotunun sərəncamında ağır təyyarə daşıyıcı raket kreyseri "Admiral Kuznetsov" Su-33 qırıcıları ilə silahlanan 279-cu əlahiddə dəniz qırıcı alayı ilə birlikdə mövcuddur. Bu qırıcılar köhnə BRLS 1001 ilə təchiz olunub, bu komplekslər NATO ilə qlobal münaqişədə Rusiya Hərbi Dəniz Donanmasının su səth komponentləri Rusiya sahilindən 2,5-3 min km aralıda belə hərəkət etməyə tamamilə hazır deyil. Lakin yaxın zamanda artıq 13 aktiv təyyarə daşıyıcısı (azı 10 ədəd "Nimitz", 1 ədəd "Jerald Ford", 1 ədəd "Queen Elizabeth" və 1 ədəd "Charles de Gaulle"), 950-dən çox "++ 4/5" ( "Super Hornet", "Rafael" və "Laytninq") ibarət aviasiya komponenti ilə düşmən donanmasında yer alacaq.
Rusiya prezidenti Vladimit Putinin srağagünkü Federal Məclisə ünvanlanan müraciətinə qədər düşünülürdü ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin qayıq əleyhinə döyüş növbətçiliyi üçün və yaxud da İrlandiya və Şotlandiya sahillərində yerləşən NATO-nun Birləşmiş HHQ-nin Aviasiya Zərbə Qruplaşmasına önləyici zərbə endirmək üçün Rusiyanın Hərbi Kosmik Qüvvələrinin dəstyinə ehtiyac olduğu ehtimal olunurdu. Birinci halda, hava hücumundan müdafiə aviasiyası İL-38H və Tu-142M4 qayıq əleyhinə təyyarələri və Tu-142MP "Oryol" retranslyatorlarını müşaiyət etmək üçün lazım idi. İkinci halda, X-58 və PKR X-32 RLS əleyhinə raketlərin köməyi ilə düşmənin RƏM sistemini yaracaq, Su-34 və Tu-22M3 təyyarələrini havadan qorumaq üçün ehtiyac yaranırdı. Bu zaman düşmənin növbətçi göyərtə qırıcı əskadrilyaları ilə havada qarşılaşmaq ehtimalı çox yüksəkdir.
Yuxarıda göstərilən taktiki və uzaq aviasiya təyyarələrin (Su-34, Tu-22M3), eləcə də mühafizə məqsədli (Su-35S/Su-57 daxil olmaqla) qırıcıların Skandinaviya yarımadası ətrafında artıq yanacaq məsrəfinə yol açan uçuşuna yol vermədən Norveç dənizinin cənub sahillərinə çıxmaq üçün Finlandiyanın, İsveçin və Norveçin HHM sistemini "yarmaq" lazımdır. Bu isə siradan və asan bir iş deyil.
İsveçin HHQ-də təxminən 100 ədəd yüngül çoxfunksiyalı JAS-39C/D "Gripen" qırıcıları mövcuddur. Bunlarında əsas hissəsi MS20 səviyyəsinə qədər təkmilləşdirilib, demək ki, ən müasir PS-05/A MK4 AFAR RLS ilə təchiz olunublar. Bundan başqa artıq bir il yarımdır ki, asqıda MBDA "Meteor" tipli idarəolunan yüksək dəqiqlikli "hava-hava" uzaq mənzilli raket də daşınır. Əlavə olaraq İsveç bu yaxınlarda ABŞ-dan yeni RƏM kompleksi olan "Patriot PAC-3" alacaq. Bu komplekslər həm yüksək dəqiqlikli silahların ballistik elementlərinə qarşı, həm də 30-80 km məsafədə və 35 km yüksəklikdə aerodinamik hədəflərə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. NATO-nun Biləşmiş HDD-nın Aviasiya Zərbə Qruplaşmasının Şimali Atlantika və Aralıq dənizinin uzaq sahillərində dominantlıq edərək, Qərb və Cənub Hərbi Dairəsinin strateji obyektlərinə "Tomahavk" raketləri ilə zərbə endirmək təhdidlərinə qarşı təcili və asimmetrik cavab tələb olunurdu. Məhz belə bir cavab Putin tərəfindən dünən "Manej" zalında səsləndi.
Söhbət X-15 sovet taktiki zərbə aeroballistik raketinin ("Məhsul 115") uzaq sələfi olan "Kinjal" (Xəncər) strateji hipersəs aeroballistik raketindən gedir. Xidməti istifadə üçün nəzərdə tutulan və Federal Məclisə təqdim olunan videoçarxda MiQ-31D3 markalı, "592" (zavod nömrəsi 5902, "Məhsul 01D3") korpus nömrəli uzaq mənzilli ələkeçirici ilk dəfə havada yanacaq doldurmaqla coğrafi Şimal və Şimal maqnit qütbləri üzərindən pilot Roman Taskayevin və şturman Leonid Popovun idarəetməsilə bir ilkə imza atır. Bu təyyarə hər iki qütb arasında uçaraq havada iki dəfə yanacaq dolduran ilk Rusiya təyyarəsi oldu.
Videogörüntüləri analiz edərkən məlum oldu ki, "Xəncər" raketinin korpusa bərkidilmə konstruksiyası R-33/C hava döyüşü raketlərinin bütün 4 fyuzelaj altı asqılarının hamısını əhatə edir. Yeni raketin təxmini uzunluğu 6,5-7 metr, diametri təxminən 1000-1100 mm-dir. Xarici görünüşdən "Xəncər" 9M723-1 "İskəndər M" operativ- taktik raketi ilə çox oxşardır. Bu oxşarlıq raketlərin BREO (raketin gövdə elektron avadanlıqları) sistemlərinin: ətalət naviqasiya sisteminin, idarəetmə sisteminin, aktiv radiolokasiya tipli tuşlama sisteminin, aerodinamik rullar vasitəsilə kompleks idarəetmə sisteminin və 4 ədəd dinamik idarəetmə blokunun birləşdirilən formulasının bir-birilə eynilik təşkil etdiyini ehtimal etməyə əsas verir.
"İskəndər" və "Xəncər" raketlərinin strukturunda çox sayda oxşar cəhətlərin olmasına baxmayaraq, sonuncunun uçuş-texniki xüsusiyyətləri 9M723 və X 15 raketlərinin birgə imkanlarından daha artıqdır. Vladimir Putin, yeni raket kompleksinin 2000 km məsafədə hava hədəflərini adi qəlpəli fuqas və ya nüvə döyüş başlıqları ilə məhv edə bildiyini açıqladı. Bu qədər kiçik ölçülərlə belə uzun məsafə qət etmək raket buraxılışını yüksək stratosferdən həyata keçirilməsi hesabına əldə olunur. Strtosferdən buraxılan raket toposferin qatı laylarnı yararaq yüksəliş trayektoriyası üzrə uçmaq məcburiyyətindən azad olur və qiymətli yanacağının böyük bir hissəsini qoruya bilir. Bu isə "Xəncər" raketlərini supermobil versiyalı otra mənzilli raket silahlarına aid edir. Düşünürəm ki, bu ABŞ Konqressinin yaxın zamanlarda yerüstü bazalı orta mənzilli raket yaratmaq üçün 58 milyon dollar vəsait ayırmasına pis cavab deyil.
"Xəncər" aeroballistik hipersəs raketləri 35- 80 km arası yüksəklikdə "kvaziballistik" üçuş trayektoriyasına malikdir, bu isə hava hücumu vasitələsinə istənilən RƏM sistemininin üst hüdudlarını aşmağa imkan verir. Raket əleyhinə MIM-104F ( "Patriot PAC-3"), "Aster-30 Block 1NT" sursatları "Xəncər" raketlərini yüksək marş trayektoriyasında əldə edə bilmir. Nəticədə, Leninqrad vilayətinin ərazisi üzərindən hava platformalarından buraxılan "Xəncər" perspektiv hipersəs raketləri çətinlik çəkmədən, məqalənin əvvəlində qeyd edilən Şimali Atlantikada yerləşən NATO-nun Birləşmiş Hərbi Dəniz Donanmasının Aviasiya Zərbə Qruplaşmasına zərbə endirə bilər. Əlavə olaraq, İsveç "Patriot" sistemləri, Saab JAS 39 "Gripen" təyyarələri stratosfer və ya termosferdə "Xəncər" raketlərinin dayandırılması üçün heç nə edə bilməyəcək.
NATO hərbi dəniz qruplaşmasının yerləşdiyi ərazidə "Xəncər" raketləri AN/SPY-1D radarlarının və "Aegis" sistemlərinin RIM-161B / RIM-174 REAM raket əleyhinə sursatlarının məhvetmə radiusuna daxil olacaq. Bu zaman "aviadaşıyıcı qatilləri"nin köməyinə sürətli 10500 km/saat olan EPR (9M723-1 "İskəndər-M" kompleksinin radiolokasiya siqnallarına müvafiq) sistemi gələcək. Sistem "Aegis" operatorlarının hədəf aşkarlama üçün qiymətli saniyələrini ala biləcək və 30-35 vahiddən artıq yüklə zenitəleyhinə manevrlər edəcək.
NATO silahlanmasında olan RIM-174 REAM ("Standard Missile-6") və RIM-162 ESSM zenit raketləri "Xəncər"i trayektoriyasının nəinki termosferin aşağı və ya stratosferanın yuxarı qatlarında, hətta atmosferin qatlarında belə ələ keçirmək iqtidarında deyil. Onlar belə bir manevrli obyekt üzərində işləmək üçün yararlı deyil. "Xəncər" raketini "qovaraq" çatması da "standart" raketlərin imkanları xaricindədir. Amerikalı SM-6 raketindən "Xəncər" 2 dəfə daha surətlidir və təxminən SM-3 raketinə uyğundur. 90 dərəcə bucaq altında hücum etmək imkanı onu AN/SPY-1 radiolokasiya stansiyaları üçün aşkaretməni çətinləşdirir. Buna görə də raketləryerüstü "RLS", PU OTBR" kimi radioşüalanma və radiokontrast hədəflərə qarşı da stifadə edilə bilər.
Analiz Yervgeni Damantsevin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az