ABŞ “Üçüncü Qol” texnologiyasının sınaqlarını davam etdirəcək - VİDEO

2018/03/EEOWJC5UYJDDXIY5F5N6ZP3MAM5435_1519981861.jpg
Oxunub: 1709     17:51     02 Mart 2018    
ABŞ ordusu ağır silahlı əsgərlərin işini asanlaşdırmaq və eyni zamanda dəqiqliyi artırmaq üçün hazırladığı “Üçüncü Qol” texnologiyasının sınaqlarını davam etdirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ordunun Merilənddəki tədqiqat laboratoriyasının mühəndislərinin hazırladığı bu cihaz silahın ağırlığını qollardan gövdəyə ötürür.

Yeni cihaz ötən il AUSA konfransında nümayiş etdirilib və 6 əsgər tərəfindən sınaqdan keçirilib. Sınaqların bu ilin yazında daha çox əsgər tərəfindən sınaqdan keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, qurğu özü silahdan atəş aça bilməsə də, ağırlığın azaldılması və bədən üzrə paylanmasına şərait yaradır. Eyni zamanda atış sərrastlığını da artırır. Çünki ağır bir silahı uzun müddət saxlamaq qollarda titrəmə yaradır ki, bu da dəqiqliyin azalmasına səbəb olur. Yeni texnologiyanın istifadəyə verilməsi ilə bu problemin aradan qaldırılacağı ehtimal edilir.



Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Üçüncü-qol  


Bizi "telegram"da izləyin