İsrail müdafiə şirkəti “Plasan” Britaniya Kral donanmasının ən yeni “Type 26” qlobal döyüş gəmilərini zirehlə təchiz edəcək.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı “BAE Systems” və “Plasan” müqavilə imzalayıb.
İlk üç gəmi üçün zirehin istehsalına bu ilin sonlarında başlanacaq. Qeyd edək ki, ümumilikdə 8 gəmidən ibarət olacaq filotiliya donanmanın köhnəlməkdə olan “Duke” sinifli sualtı gəmi əleyhinə döyüş gəmilərini əvəzləyəcək.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Britaniya
İsrail
Plasan