ABŞ ordusu DAMQ üçün ikinci raketi hazırlayacaq

2018/03/4984894989_1519903897.jpg
Oxunub: 3460     19:29     01 Mart 2018    
ABŞ ordusu 2018-ci maliyyə ilində özünün yeni mobil havadan müdafiə sisteminə ikinci yeni raketi əlavə etməyə başlamaq üçün Konqresdən əlavə vəsait gözləyir.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, Dolayı Atəş Müdafiə Qabiliyyəti (DAMQ) 2 – İntercept Block I mobil yerüstü müdafiə sistemidir.

Sistem pilotsuz uçan sistemlərin, qanadlı raketlərin, artilleriya və minomyotların qarşısını almaq məqsədilə istifadə edilir. Sistem hazırda AIM-9X yer-hava raketindən istifadə edir. ABŞ ordusu sistem üçün ikinci “Genişləndirilmiş Missiya Zona Raketi” hazırlamağı düşünür. Bu məqsədlə 2018-ci maliyyə ili üçün büdcədən əlavə vəsait tələb olunur. Vəsait ayrılacağı halda raketin 2023-cü ildə istifadəyə veriləcəyi gözlənilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Raket   PUA  


Bizi "telegram"da izləyin