4 metr uzunluğundakı İDV, dünyada ABŞ və İsrailin önə çıxdığı bu sahədə Türkiyənin də iddialı bir şəkildə iştirak etməsinə imkan verəcək.
İDV sayəsində su üzərində olan hər cür nəqliyyat vasitəsi izlənilə biləcək. Əldə edilən məlumatlar mərkəzi yerüstü stansiyalarına çatdırılaraq asimmetrik təhdid, sahil mühafizəsi, qaçaqçılıq, gömrük, can qurtarma, su üstü təlim atışı üçün hədəf platforması, narkotik qaçaqmalçılığına qarşı mübarizə, təxribata qarşı əməliyyatlar, dəniz yollarına nəzarət, dəniz təhlükələrinə qarşı fəaliyyətlər, döyüşdə silah olaraq istifadə, kəşfiyyat, izləmə və nəzarət funksiyalarının həyata keçirilməsində istifadə ediləcək.
İDV, xüsusi hazırlanan dizaynı sayəsində hər cür hava şəraitində dəniz və daxili sularda istifadə edilə biləcək. O heç bir halda aşmır.
Nəqliyyat vasitəsinə uzaqdan idarəetmə və antena sistemi ilə 50 km məsafədən nəzarət oluna bilər, GPS və peykdən istifadə edərək isə dünyanın hər yerindən idarə oluna bilər. İdarəetmə sistemində xəta baş verdiyində və ya əlaqənin hansısa səbəbdən itməsi halında İDV "avtomatik pilot" sayəsində ilkin olaraq buraxıldığı yerə qayıtmaq üçün nəzərdə tutularaq istehsal edilir. Mühərrik sonradan çıxsa belə, onun 4 saat avtonom fəaliyyət aparması mümkündür.
Hazırda bu İDV-lər üçün Türkiyə daxilindən və xaricindən çox sayda sifarişlər mövcuddur. İnsansız Dəniz Vasitələri sayəsində çox ucuz xərclərlə insan həyatını riskə atmadan hər cür görüntü və analiz nəticələrinin əldə etmək mümkündür. 7 il bu istiqamətdə araşdırmalar aparan şirkət həm kiçik, həm də böyük ölçülü İDV istehsal edə bilir. Layihədə "Global Texniki A.Ş"nin 10 mühəndisi 4 il ərzində 3 milyon dollarlıq büdcə ilə çalışıb. Dünyanın hər yerində bu tip layihələrdə mövcud olan qayıqlardan istifadə olunur. "Global Texniki A.Ş" isə Türkiyənin Miili Müdafiə Nazirliyinin və NATO Sahil Təhlükəsizlik sertifikatlarına malik olan "Sincan Təşkilat Sənaye" rayonunda yerləşən fabrikində tamamən yeni bir platforma yaradıb. Bu çalışmalarda bəzi Ali təhsil müəssisələri də öz dəstəyini əsirgəməyib.
Doğrudan da 3 tərəfi dəniz ilə əhatəli olan Türkiyənin sahil güvənlik məsələlərində ciddi problemləri vardı. Bu tip araşdırmalar aparılsa da ciddi nəticələr əldə edimirdi.
İDV mövzusunda Dəniz Qüvvələri Komandanlığı və Sahil Təhlükəsizlik Qüvvələrinin rəhbərliyi ilə danışıqlar davam etdirilirş. Bir çox xarici ölkələr başda Misir olmaqla, pirat fəaliyyətlərinin tez-tez gündəmə gəldiyi bəzi Körfəz ölkələrindən də İDV üçün sifarişlər daxil olmaqdadır.
İDV-nin üzərinə quraşdırıla bilən robot qollarla sudan nümunələr alına bilir, dəniz suyunu çirkləndirən gəmilərlə əlaqədar məlumatlar toplanaraq aidiyyəti üzrə ötürülə bilir. Hərbi və mülki sahələrdə müştəri tələbləri istiqamətində gəminin üzərində hər cür avadanlıq yerləşdirmək mümkündür.
Hazırlanan vasitənin yanacaq çəni 30 litr tutuma malikdir. Lakin onun həcmini 300 litrə qədər aratıraraq, fasiləsiz 120 saat fəaliyyətini təmin etmək mümkündür.
Artıq 7 metr uzunluğunda və silah daşıya biləcək bir modelin üzərində işlər tamamlanıb. Bu Silahlı İnsansız Dəniz Vasitəsinin (SİDV) istehsalı üçün lazım olan dizayn və araşdırma prosesi başa çatdırılıb. Onun konveyr və qəlibləri istehsala hazırdır. SİDV-nin unikallığı ilə dünyada seçilən bir vasitə olacağı şübhəsizdir.
"Global Texniki A.Ş"nin mühəndisləri İnsansız Yerüstü Vasitəsinin yaradılması istiqamətində "KOŞGEB" layihəsin çərçivəsində işləri davam etdirirlər.
Layihəyə ayrılan 18 ay çoxdan tamamlanıb. Təkərli vasitənin korpus və şassisi çoxdan hazır olsa da elektron avadanlıqların inteqrasiyasına aid işlər davam etdirilir.
Hava, Dəniz və Yerüstü platformalarda istehsal gücünə malik olan "Global Texniki A.Ş" dünyada hər üç hərbi komponentə malik azsaylı şirkətlərdəndir. Şirkət elektroika ilə yanaşı mexanika, kompozit, insansız vasitələr, hava və müdafiə sahələrində ciddi bir infrastruktur potensialına malikdir. Hesab edirəm ki, yaxın zamanlarda "Global Texniki A.Ş" insansız vasitələrin silahlı və silahsız modellərinin istehsalında dünya miqyasında layiq olduğu yerini tutacaqdır.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az